16:07
385
"Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl sülh gündəliyini irəli aparmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpasını, Böyük Qayıdışı, iqtisadiyyatın şaxələndirilməsini və ölkənin uzunmüddətli inkişafını əsas prioritetlər sırasında saxlayır".
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.
Baş nazir bildirib ki, 2027–2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən mürəkkəb geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır: "Bu şərait qarşıdakı mərhələdə dövlət siyasətinin prioritetləri nəzərə alınmaqlamövcud imkanlardan səmərəli istifadə olunmasını və mümkün risklərə hazırlığın daha da gücləndirilməsini zəruri edir. Qeyd edilən vəzifələrin həyata keçirilməsində səmərəli büdcə və fiskal siyasət mühüm rol oynayır. Qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas şərtlərdən biridir. Bu yanaşma maliyyə planlaşdırılmasının ölkənin uzunmüddətli inkişaf prioritetləri və hazırda icra olunan strateji sənədlərlə sıx uzlaşdırılmasını zəruri edir".
16:48
329
16:46
336
16:45
322