Pakistan Əfqanıstana hava zərbələri endirdi: 4 ölü Dünya

Pakistan Əfqanıstana hava zərbələri endirdi: 4 ölü

Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələri nəticəsində nə azı dörd nəfər həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Təliban" hökumətinin nümayəndəsi Zəbihullah Mücahid "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, Pakistan hərbçiləri Qəndəhar, Xost və Paktia vilayətlərini bombalayıb və bu, dinc sakinlərin həlak olmasına gətirib çıxarıb. Mücahid əlavə edib ki, Kabil Pakistanın bu hücumunu "təcavüz aktı" kimi qiymətləndirir.

Məryəm Quliyeva