DSX-da Xocalı soyqırımının ilə əlaqədar silsilə tədbirlər keçirilib Siyasət

DSX-da Xocalı soyqırımının ilə əlaqədar silsilə tədbirlər keçirilib

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinə ən qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımının 26-cı ildönü¬mü¬ ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeyində keçirilən tədbirlərdə çıxış edənlər XX əsrin 80-ci illərindən başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə apardıqları etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırım aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi dəyərləndirmişlər. Bu qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 1275 nəfərin isə əsr və girov götürülməsi bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi vurğulanıb.
Tədbirlərdə Xocalı soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.