Oman XİN: ABŞ və İran arasında saziş əl çatacaq məsafədədir Dünya

Oman XİN: ABŞ və İran arasında saziş əl çatacaq məsafədədir

İran və ABŞ əvvəlki danışıqlar zamanı saziş bağlamağa çox yaxın olublar.

Xalqcebhesi.az xəbər verir ki, bu fikri Omanın xarici işlər naziri Bədr əl-Busaidi bildirərək, hazırda da münaqişənin nizamlanmasının "əl çatacaq məsafədə" olduğunu qeyd edib.

"Oman hesab edirdi ki, İran və Birləşmiş Ştatlar arasında danışıqlar uğurla irəliləyirdi və saziş artıq əl çatacaq məsafədə idi. Biz hələ də bu mövqedəyik", - deyə o, Böyük Britaniyadakı Kembric Universitetinin tələbələri qarşısında çıxışı zamanı bildirib. Çıxışın videoyazısı XİN-in saytında yerləşdirilib.

Sultanlığın xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, "belə bir sazişin əsas komponentləri hələ də mövcuddur". Bununla belə, o, indi danışıqların bərpa olunması yolunun hər iki tərəf üçün çətin olduğunu qeyd edib.

Məryəm Quliyeva