Finlandiya Prezidenti və Norveç Baş naziri Putinlə telefon danışığı aparıblar
Çin Trampın Braziliya seçkiləri ilə bağlı tənqidlərinə cavab verib
Kamran Əliyev Misir və Maldivin antikorrupsiya qurumlarının rəhbərləri ilə görüşüb
Qırğızıstan rəsmisi: Bişkeklə Bakı arasında mədəni və humanitar əlaqələr möhkəmlənir
Özbəkistanın mədəniyyət naziri: Bakı forumu beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır
12:59
469
BMT-nin planlarından biri dini obyektləri qorumaqdır.
APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos deyib.
O bildirib ki, Azərbaycan və Ermənistanın Sivilizasiyalar Alyansına etibar etməsi vacibdir:
“Mədəni mirasları qorumağa davam edəcəyik. Düşünürəm ki, hər iki tərəfin — Ermənistan və Azərbaycanın BMT-nin tərəfdaşlığına, vətəndaş cəmiyyətinə əsaslanmaq üçün BMT-yə etibar etməsi çox vacib idi”.
O qeyd edib ki, Bakı Prosesi BMT Sivilizasiyalar Alyansının Qafqaz proqramı arasındakı ən uğurlu proqramlardan biri olaraq qalır.