UNESCO hökumətləri qadınların qərarvermə prosesində iştirakını genişləndirməyə çağırıb
Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
Oman İranın Fars körfəzi təhlükəsizlik sisteminə qoşulmasını tələb edib
Moratinos: Azərbaycan və Ermənistanın Sivilizasiyalar Alyansına etibar etməsi vacibdir
12:20
1 155
Azərbaycan və Türkiyə bir-biri ilə ətlə dırnaq kimidir. Araya girən iylənib çıxar.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, deyib ki, Azərbaycan və Türkiyə bir-birinə dəstəkdir:
"Son proseslər bütün məsələləri yerinə qoydu və bu məsələlərin müzakirəsi zamanı həddini aşanlar, ikili qardaşlığa zərbə vurmağa hazır dayananlar, içində bizə kin güdənlərin əksəriyyəti ifşa olundu. Ən əsası isə nəticədə Türkiyə Prezidentinin müşavirinin və bir neçə özünübilməzin haqqında müəyyən addımların atılması bundan sonra eyni hərəkət etmək istəyənlərə dərs oldu. Hesab edirəm ki, Azərbaycan və Türkiyə münasibətləri yaban otlarından təmizlənməli idi və bu da baş verdi. Əsas bundan sonra həmin otların cücərməsinin
qarşısı cəsarətlə alınmalıdır. Kimsə iki türk dövlətində yaşayıb, onların qardaşlığına xələl gətirə bilməz".
Cavid