BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib Siyasət

BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət edib

İyunun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası(BAXCP) İdarə Heyətinin üzvləri, rayon təşkilatının sədrləri və Ali Məclis üzvləri Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər. Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, Fəxri Xiyabanda Əbülfəz Elçibəyin ildönümü ilə bağlı keçirilən aksiyada BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev AXC liderinin Azərbaycan tarixində oynadığı mühüm roldan danışıb: "Əbülfəz Elçibəy xalqını, millətini, dövlətini və vətənini təmannasız sevən, Azərbaycan siyasətinə təmizlik və dürüstlük gətirən türk kişisi idi. Onun ideyalarını BAXCP olaraq biz bugün də yaşadırıq və yaşadacağıq. O gün olsun ki, erməni işğalı altında qalan torpaqlarımızı azad edək. Əbülfəz Elçibəyin və şəhidlərimizin ruhu o zaman şad olacaq".
Elçibəyin ruhuna dualar oxunduqdan partiyanın mərkəzi qərargahında BAXCP Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib, təşkilati məsələlər həll olunub. Eyni zamanda, bu il keçiriləcək bələdiyyə seçkilərində BAXCP-nin iştirakı haqqında qərar qəbul olunub və rayon təşkilatlarına seçkilərə hazırlıqla bağlı müvafiq tapşırıqlar verilib.