“Ali Baş Komandanın əmri olarsa Naxçıvan əlahiddə ümumqoşun hissələri İrəvanı şumlayar” Siyasət

“Ali Baş Komandanın əmri olarsa Naxçıvan əlahiddə ümumqoşun hissələri İrəvanı şumlayar”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlərin ən aktual mövzusuna çevrilmiş "Lazarev klubu" adlı Moskvanın oyuncaq ermənipərəst qurumunun Naxçıvan sərsəmləməsinə münasibət bildirib. BAXCP sədri qeyd edib ki, Lazarev klubunda toplaşan Rusiya vətəndaşları öz ölkələrini pula satanlardı: "Ağlı başında olan rusiyalılar başa düşür ki, Cənubi Qafqazda Rusiyanın mövqelərinin gücləndirilməsi Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsindən keçir.Bunun üçün Rusiya Azərbaycanın işğal altındakı torpqlarını azad etməsinə, suveren hüquqlarını həmin ərazidə bərpa etməsinə mane olunmamalı, öz forpostunu başa salmalıdır ki, Ermənistanın da inkişafı Azərbaycanla münasibətlərin bərpa olunmasından keçir.
Naxçıvan məsələsinə gəldikdə isə onlar bizə mesaj göndərirlər ki, nəinki İşğal altındakı torpaqları azad etməyəcəklər, hətta Naxçıvanı istəyirlər. Əvvəla, Naxçıvana Türkiyə dövləti də qarantdır. İkincisi Azərbaycan Respublikası Prezidentinin birbaşa rəhbərliyi ilə Naxçıvanda güclü ordu formalaşdırılıb və onun başında Azərbacanın ən istedadlı generallarından biri Kərəm Mustafayev dayanır. Əgər Ali Baş Komandanın əmri olarsa Naxçıvan əlahiddə ümumqoşun hissələri İrəvanı sözün həqiqi mənasında şumlayar".