“Makron Allah olmaq istəyirdi...” Siyasət

“Makron Allah olmaq istəyirdi...”

"Emmanuel Makron prezident seçiləndə Yupiter allahı olmaq istəyirdi, buludların üstündə idi. Yüksək sürətlə Yer kürəsinə çırpıldı. Makron nədənsə fərqli monarx olduğunu zənn etdi. Lakin onun ağıllı olmadığı sübuta yetirildi".
Bu sözləri Kembric Universitetinin tarix üzrə professoru Robert Tombs "Deyli Meyl" qəzetinə deyib.
Onun sözlərinə görə, Avropa qitəsi çətin günlərini yaşayır: "İşsizlik getdikcə artır, iqtisadiyyat illərdir gözlənildiyindən də aşağı səviyyəyə düşüb. Lakin Makronunku bir avropalı problemidir və Avropanın problemidir. Bu, qitədə idarə edənlərlə idarə olunanlar arasında genişlənməkdə olan boşluğun fransız biçimidir".
Professor qeyd edib ki, fransızlar bayağı və gülünc görünən Nikola Sarkozi və Fransua Ollandı da bağışlamadılar: "Xalq prezidentin onları dinləməsini, ağrı-acılarını hiss etməsini istəyir".
Robert Tombsun fikrincə, Emmanuel Makronun diqqətçəkən bəzi siyasi qabiliyyəti var, qərarlı və xarizmatikdir:
"Lakin o, seçicilərini kütbeyin kimi görür. Bunu çox vaxt hiss etdirdiyi üçün insanların aqressiyası ilə qarşılaşır. Fransızlar şux geyimli gənc tərəfindən aşağılanmağı sevmirlər..."