“Ermənilər özlərinin təminatı üçün bütün iyrənc vasitələrə əl atırlar” Siyasət

“Ermənilər özlərinin təminatı üçün bütün iyrənc vasitələrə əl atırlar”

"Ermənilər harada yaşasalar, hansı dövlətin ərazilərində özlərinə yer tapsalar, orada təşkilatlanırlar. Ən pisi odur ki, bu təşkilatlanmalar onların özlərinə deyil, yaşadıqları dövlətə və onun əhalisinə qarşı yönəlir. Onlar bu vasitə ilə vaxtaşırı terror, qətl hadisələri törədirlər". Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, ermənilər özlərinin təminatı üçün bütün iyrənc vasitələrə əl atırlar: "Bu uzun illərin prosesidir və onların hansı xislətə sahib olduğu yüz illərdir ki, sübut olunub. Vaxtilə bir sıra ölkələr onları milləti sadiq adlandıraraq, saraya yaxın buraxır, mühüm postlar verirdilər. Amma nəticədə onlar qətllər törədir, müxtəlif terror hadisələri edir, xəyanətkarlıqla məşğul olurdular. Onların bu əməlləri bu gün də davam edir".
Deputat söyləyib ki, son dövrlər Avropa mətbuatına nəzər saldıqda, Almaniya, Fransa, Belçika və digər ölkələrdə ermənilər tərəfindən müxtəlif istiqamətlərdə mütəşəkkil cinayətkar qruplaşmalar yaradaraq təşkilat şəklində iştirak edirlər: "Onlar Avropa və digər ölkələrdə silah, insan alveri, narkomaniya, terror, müxtəlif cinayətlər törədirlər. Ermənilərin cinayətkar dəstələri Latın Amerika dövlətlərində də fəaliyyət göstərir. Hətta onların ən məşhur terror təşkilatlarının mənzil qərargahı da ABŞ və Avropa dövlətlərində fəaliyyət göstərir".
E.Məmmədov söyləyib ki, ermənilər zaman-zaman MDB dövlətlərində cinayət törədiblər: " Onlar dəfələrlə Rusiyada, Azərbaycanda, Gürcüstanda qətllər törədiblər. Qazaxıstanda edilən cinayət də bu silsilədəndir".
Deputat qeyd edib ki, ermənilər Qazaxıstanda törətdikləri əməlləri azərbaycanlıların üzərinə atmaq istəsələr də, bu ölkənin hüquq mühafizə orqanları tərəfindən bu əməlləri məhz ermənilər tərəfindən edildiyini sübuta yetirdi: "Ermənilər son bir neçə ildə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana olan isti münasibətindən, yəni KTMT-də və digər qurumlarda ölkəmizin ədalətli mövqeyindən çıxış etməsindən sanki qisas almaq istəyirlər. Bu ötən əsrin əvvəllərində də belə olub. Həmin erməni dəstələri bolşevik əsgəri adı altında Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda nə qədər dinc əhalini qətlə yetiriblər. Bunu arxivlər sübut edir. Ermənilər bu hadisələri bu gün də davam etdirirlər. Onlar bu xəstəlikdən sağalan deyil. Amma bu hərəkətlər ermənilərin iç üzünü açmağa imkan verir və ermənilərin həqiqətdə necə olduqlarını üzə çıxarmış olur. Hər kəs bilir ki, əslində ermənilər özlərini təqdim etdikləri kimi deyillər".
Ermənilərin tarixən dünyaya özlərini məzlum, yazıq kimi təqdim etdiklərini deyən E. Məmmədov vurğulayıb ki, ancaq bu gün onların hərəkətləri həqiqətdə onların soyqırımları, terror hadisələri törədən, xəyanətkar ünsür olduqları aşkara çıxarır.