12:06
525
Sanksiyaların ləğv edilməsi və İranın nüvə proqramı ətrafındakı münaqişənin nizamlanması məsələləri üzrə ABŞ və İran arasında danışıqların yeni raundu cümə günü Cenevrədə anlaşma memorandumunun imzalandığı andan etibarən başlayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
"İran və ABŞ arasında anlaşma memorandumu bazar günü qəti şəkildə razılaşdırılıb və yaxın vaxtlarda — çox güman ki, cümə günü — rəsmi olaraq və daha sonra müəyyən ediləcək məkanda imzalanacaq. Bununla eyni vaxtda, yekun razılaşmanın əldə olunması məqsədilə İran və ABŞ arasında yeni danışıqlar raundu başlayacaq", — deyə o, İran üçün akkreditə olunmuş xarici ölkələrin səfirləri ilə görüşündə bildirib.
Məryəm Quliyeva