"Milli qanunvericilik dəyişən qlobal və regional reallıqlara cavab verməlidir" – Zahid Oruc
II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək
Araqçi: İsrailin Livana hücumu ABŞ-İran memorandumunu poza bilər
İran Qətərlə enerji sistemlərinin birləşdirilməsi layihəsinə başlayır
11:55
595
Kanada hakimiyyəti Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpa olunmasına kömək göstərməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, "The Globe and Mail" qəzetinin məlumatına görə, bu bəyanatla Kanadanın baş naziri Mark Karni Fransada keçiriləcək G7 liderlərinin sammitinə gəlməzdən əvvəl çıxış edib. Hökumət rəhbəri qeyd edib ki, ABŞ və İran saziş imzaladıqdan sonra Kanadanın bu məsələdə necə kömək edə biləcəyini "Böyük Yeddilər"in digər liderləri ilə müzakirə etməyə hazırdır.
Bundan əvvəl Pakistanın baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsində bildirib ki, ABŞ və İran arasında razılıq əldə olunub və imzalanma mərasimi iyunun 19-da İsveçrədə baş tutacaq.
Məryəm Quliyeva