12:00
525
Hazırda ABŞ-İran arasında əldə olunan razılaşma daha çox müharibəni dayandırmaq və Hörmüz boğazını açıq saxlamaq üçün əldə olunan siyasi çərçivə sazişidir.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Bu baxımdan İranın nüvə proqramını və tərəflərin qarşılıqlı şəkildə irəli sürdükləri digər şərtləri tam əhatə edən və həll edən yekun razılaşma bu mərhələdə öz əksini tapmaya bilər. Əldə olunan razılığa görə hazırkı mərhələdə ilkin olaraq, atəşkəs rejimi qorunur və İran uranın zənginləşdirilməsini dondurur və məhdudlaşdırır. Daha sonra Beynəlxalq Atom Enerjisi Agentliyi İrandakı işlərini bərpa edir və ABŞ paralel olaraq mərhələli şəkildə sanksiyaları yumşaldır" - politoloq deyib.
O, qeyd edib ki, bu mərhələdə proseslərin bir neçə il davam edəcəyi istisna deyil. Əlbəttə ki bundan sonrakı mərhələdə tərəflər nüvə danışıqlarının texniki detallarını müzakirə etməyə çalışacaq və bu səbəbdən hesab edirəm ki, tərəflər ilk növbədə atəşkəsi uzunmüddətli perspektivdə saxlamaq istəyirlər və bu istiqamətdə razılıq əldə olunub.
İran nüvə proqramını tam olaraq bağlamır və bu da o anlama gəlir ki, İran belə bir vəziyyətdə vaxt qazanmaq istəyir və əsas problemləri gələcəyə ötürmək haqda səy göstərir. Bu da öz növbəsində əldə olunan razılaşmanın kövrək olmasını göstərir və hər an bu razılaşmanın pozulması ehtimalı yüksəkdir".
Cavid