11:33
686
Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirərək ora "Yandex Bank", "WB Bank" (Wildberries Bank) və "Rosqosstrax"ı daxil edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə rəsmi sənəddə qeyd olunub.
Sanksiya siyahısına həmçinin "Vyatiç" və "Evrofinans Mosnarbank" bankları da əlavə edilib. Bundan əlavə, Rusiya ilə əlaqəli olduğu iddia edilən 27 gəmi, o cümlədən 3 mayeləşdirilmiş təbii qaz (LNG) tankeri də sanksiyaların hədəfi olub.
Yenilənmiş siyahılardan göründüyü kimi, Çin Xalq Respublikasının dörd, Türkiyənin bir və Taylandın üç şirkəti də məhdudiyyətlərə məruz qalıb. Bundan başqa, Nigeriyanın bir və Laosun bir şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Məryəm Quliyeva