Xəzər razılaşması 5 ölkə üçün yeni səhifədir Siyasət

Xəzər razılaşması 5 ölkə üçün yeni səhifədir

Xəzər dənizinin hüquqi statusunun həlli bundan sonra əməkdaşlığın gücləndirilməsinin əsasını təmin edir.
Bunu Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri qarşısında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, hüquqi statusla bağlı razılaşmanın Xəzər beşliyi arasındakı əlaqəni yeni keyfiyyətli səviyyəyə çıxardığını bildirib.
Qeyd edək ki, Xəzərin hüquqi statusu haqqında razılaşma keçən ilin avqustunda Aktauda imzalanıb.