Bütün satqınların aqibəti belə olacaq Siyasət

Bütün satqınların aqibəti belə olacaq

Ermənistan xüsusi xidmət orqanlarının əlində təxribat alətinə çevrilmiş, bölücü, təfriqəçi, Vətən xaini Fəxrəddin Abbasovun Azərbaycana gətirilməsində xidməti olan hər kəsə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq dərin minnətdarlığımızı bildiririk.
Bu sözləri BAXCP-nin mətbuat xidmətinə açıqlamasında partiya sədrinin müavini Elçin Mirzəbəyli bildirib.
BAXCP sədrinin müavini deyib: "Azərbaycan xalqının birliyinə, bütövlüyünə qarşı çıxış edən, xarici xüsusi xidmət orqanlarının əlində vasitəyə çevrilmiş bütün satqınların aqibətinin belə olacağına və belələrinin gec-tez Azərbaycanın ədalət məhkəməsi qarşısında dayanacağına şübhə etmirik".