Dmitri Yazov barəsində məhkəmə hökmü çıxarılıb Siyasət

Dmitri Yazov barəsində məhkəmə hökmü çıxarılıb

Litva məhkəməsi SSRİ-nin müdafiə naziri olmuş marşal Dmitri Yazov barəsində 10 il azaldıqdan məhrumetmə hökmü çıxarıb.
Vilnüs Dairə Məhkəməsi 1991-ci il yanvarın 13-də Vilnüsdə baş vermiş hadisələrlə əlaqədar Dmitri Yazovun barəsində açılan cinayət işinə baxıb.
Məhkəmə SSRİ-nin keçmiş müdafiə nazirinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qiyabi hökm çıxarıb.
D. Yazov hərbi və insanlığa qarşı cinayətlərdə təqsirli bilinib.
Qeyd edək ki, Dmitri Yazov 1990-cı ilin 20 yanvar hadisələrində də günahkar bilinir. Məhz onun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ qoşunları Bakıda əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açıb.