
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
15 may
Niyaməddin Orduxanlı: Heç bir nailiyyət əldə edə bilməyəcəklər
"Dövlət başçısı İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Brüsseldə səfərdədir və səfər çərçivəsində mühüm görüşlər keçirir. Görüş zamanı Avropada xüsusi xidmət orqanlarına işləyən və erməni diasporunun təsirində olan xaricdəki anti-milli ünsürlər öz havadarlarının tapşırıqlarını yerinə yetiriblər”.
Bunu Aznews.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlıbildirib.
Partiya təmsilçisi vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsi dövlət maraqlarımıza cavab verir. Bu, dövlətimiz üçün xüsusi önəm kəsb edir:
"Orduxan kimi küçə gədələri hər cür təxribatı törədir. Onu əvvəlcədən və qəsdən təlimatlandırırlar. Onun kimi iki-üç nəfər Prezidentin Brüssel səfərinə iyrənc surətdə etiraz etməyə cəhd göstərib. Anti-Azərbaycan hərəkətləri ilə erməni diasporunun işinə yarayan davranışlar sərgiləyiblər. Məqsədləri tədbirdə Azərbaycanın dövlət imicinə kölgə salmaqdır. Bu şəxslər aldıqları tapşırıqları çox yaxşı icra edirlər. Beynəlxalq tədbirlərdə adətən Orduxan kimilərindən istifadə yolunu tuturlar. Ancaq bu cür hallarla heç bir nailiyyət əldə edə bilməyəcəklər”.