Ukraynada kommunistlərə qadağa Siyasət

Ukraynada kommunistlərə qadağa

Xanoğlan Əhmədov: "Əgər hüquq-mühafizə orqanları Azərbaycanda da Kommunist Partiyalarının qanunsuz fəaliyyətini aşkar edərlərsə y zaman onların fəaliyyəti dayandırıla bilər"

Samir Əsədli: "Bizdə normal fəaliyyət göstərən kommunist partiyası yoxdur"

Ramiz Alıyev: "Siyasi partiyanın fəaliyyəti ölke qanunlarını kobudcasına pozduğu zaman qadağan oluna bilər"

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radada Kommunist Partiyasının buruaxılması haqqında qətnamə layihəsini imzalayıb. Bu haqda Ukrayna dövlət başçısını mətbuat xidməti məlumat yayıb. Ali Radanın sədri Aleksandr Turçinov bildirib ki, Ukrayna Kommunist Partiyasından bir neçə deputatın istefa verməsi onun fəaliyyətinin parlamnetdə dayandırılmasını zəruri edirdi. Spikerin parlamentdə Kommunist Partiyası fraksiyasının burxaılmasından məmnun olduğunu vurğulayıb. Turçinov qeyd edib ki, bu, ədalətli qərardır. "Tarix milyonlarla ukraynalı qarşısında ədaləti bərpa etməlidir. Onlar ölkəyə xəyanət edirdilər",-deyə Ali Rada sədri söyləyib.
Qeyd edək ki, bu ilin 16 mayında Ukrayna Kommunist Partiyasının deputat fraksiyasının ləğv edilməsi haqqında qətnamə layihəsi parlamentə təqdim edilmişdi.
Ukrayna Kommunist Partiyasının buraxıldığını elan edən Turçinov bildirib kommunistlərin parlamentdəki fraksiyasının bundan sonra olmayacağını arzulayır. Ali Radaya keçirilən yeddinci çağırış seçkilərindən sonra Ukrayna Kommunist Partiyası 33 deputat yeri əldə edib. 2014-cü il iyulun 1-də həmin fraksiya üzvlərinin sayı 23-ə qədər azalıb. Bu isə o deməkdir ki, kommunistlər saya görə fraksiya kimi çıxış edə bilməzlər. Bunu nəzərə alaraq kommunistlərin Ali Radadakı fraksiyasının buraxılması elan edilib.
Turçinovun fikrincə, bu tarixi hadisədir. Partiyanın lideri Pyotr Simonenko isə kommunistlərin Ali radanın bu qərarından əvvəlcə yerli, sonra Avropa İnsan haqları Vəhkəməsinə şikayət edəcəklərini bildirib.
Belə bir addımın Azərbaycanda da atılmasına ehtiyac varmı? Məlumatlara görə, Azərbaycanda mövcud olan kommunist partiyaları faktiki olaraq Rusiya KP--nin regional qurumları tərəfindən idarə olunurlar.
"Aydınlar" Partiyasının sədr müavini Xanoğlan Əhmədov bildirdi ki, Azərbaycanda partiyaların fəaliyyəti "Siyasi partiyalar haqqında" Qanunla tənzimlənir. Onun fikrincə, hər bir partiyanın fəaliyyəti bu qanuna uyğun olmalıdır: "Əgər hüquq-mühafizə orqanları Azərbaycanda Kommunist Partiyalarının hansısa qanunsuz fəaliyyətini aşkar ediblərsə, o zaman bu barədə nəsə demək olar. Yəni Kommunist Partiyalarının fəaliyyəti dayandırıla bilər".
VHP funksioneri Samir Əsədli diqqətə çatdırdı ki, Ukrayna Kommunist partiyasının gücü və ölkəyə təsir imkanları var idi. O, həmçinin əlavə etdi ki, Azərbaycanda isə 6-7 kommunist partiyası, hərəsinin də 2-3 üzvü var: "Bunların nəyə təsir imkanı var ki, fəaliyyəti də qadağan edilsin. Bizdə normal fəaliyyət göstərən kommunist partiyası yoxdur".
Politoloq Ramiz Alıyev dedi ki, Azərbaycan demokratik ölkədir və ölkəmizdə siyasət yürütmək üçün hər cür şərait yaradılıb: "Siyasi baxışına görə də heç kim təqib olunmur. Yetər ki hər kəs öz işi ilə qanun çərçivəsində məşğul olsun, erməni lobbisinə, xarici ölkələrin xüsusi xidmət orqanlarına xidmət etməsin. Düşünürəm ki, demokratiya yolunda olan hər bir ölkə bu cür mövqedədir. Siyasi partiyanın fəaliyyəti o zaman qadağan oluna bilər ki, həqiqətən də o təşkilatın fəaliyyət göstərdiyi ölkənin qanunlarını kobudcasına poza, qanunda müəyyən olunmuş siyasi partiyalar haqqında müddəalara zidd fəaliyyətlərdə iştirakı ola, dövlətçiliyə qarşı çıxa, hakimiyyəti zorla ələ keçirmək üçün addımlar ata və s. Bu kimi məqamlar olmasa hansısa siyasi partiyanın fəaliyyətinə qadağalar qoyulması fikrimcə düzgün olmaz".

Əli