“Qarşıda sülh görünmür”
11:06
Prezident İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul edib
ANAMA sədri: Süni intellektin minatəmizləmədə tətbiqi ilə bağlı araşdırma aparırıq
Nazirlər Kabinetində əhalinin siyahıyaalınmasına dair iclası keçirilir
Əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq
29 Aprel 2020 09:26
2 877
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.