Züqanov Putinə Azərbaycan Prezidentini örnək göstərdi Siyasət

Züqanov Putinə Azərbaycan Prezidentini örnək göstərdi

Rusiya Komunist partiyasının lideri Genadi Züqanov Rusiya hakimiyyətini tənqid edərək, ölkəsinin prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycandan örnək götürməli olduğunu deyib.
Rusiyanın məhşur "Rosiya-24" telekanalına müsahibə verən Zuqanov Rusiyanın hazırkı durumundan narahatlığını bildirib və Qərbin sanksiyalarının Rusiya üçün böyük fəsadlar yarda biləcəyini açıqlayıb.
Zuqanov Rusiyanın iqtisadiyyatında geriləmələrin açıq-aydın hiss olunduğunu dilə gətirib. Komunist partiyasının sədri açıqlamasında Azərbaycanın da adını çəkib və Qafqaz ölkəsini Rusiyaya nümunə kimi göstərib: "Bizim qarşımızda stabil iqtisadiyyatı olan Azərbaycan modeli var, Azərbaycan bir neçə il öncə dünyada baş vermiş iqtisadi böhrandan zərər almadan çıxdı. Bu ölkə hazırda İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir. Bizdə isə Qərb sanksiyalar tətbiq edən kimi problemlər başlandı.
Hesab edirəm ki, Rusiya Azərbaycanla münasibətlərini daha da inkişaf etdirməlidir. Bu ölkə keçmiş SSRİ ölkələri arasında öz iqtisadi dəst-xətti olan bir ölkədir".