20:31
287
Fransanın cənubundakı Oranj şəhərində polis beş yeni doğulmuş körpəyə məxsus olduğu güman edilən insan qalıqları tapıb.
Bu barədə "Reuters" məlumat yayıb.
Hadisə 8 və 9 yaşlarında iki uşağı olan 32 yaşlı qadının bazar günü oğlan uşağı dünyaya gətirməsindən sonra üzə çıxıb.
Prokurorluğun məlumatına görə, qadının hamiləliyini çox gec və şok vəziyyətində öyrənən partnyoru evdə axtarış aparmağa başlayıb. Axtarış zamanı o, insan qalıqları aşkar edib və bundan sonra polisə məlumat verib.
Cütlüyün evində axtarış apardıqdan sonra polis cinayət işi açıb.
Hadisə yerinə gələn məhkəmə-tibb eksperti əvvəlcə aşkarlanan sümüklərin və çürümüş cəsədin çox güman ki, beş körpənin qalıqları olduğunu müəyyən edib.
Aşkar edilmiş sümüklər antropoloji müayinə üçün ixtisaslaşmış laboratoriyaya göndəriləcək.
32 yaşlı kişi müstəntiqlərə partnyorunun mümkün hamiləlikləri barədə heç nə bilmədiyini bildirib.
Prokurorluq uşaqların müdafiəsi xidmətlərinə cütlüyün səkkiz və doqquz yaşlı iki uşağının vəziyyətini təcili olaraq qiymətləndirməyi tapşırıb. Bundan əlavə, bazar günü doğulan uşağın iş yetkinlik yaşına çatmayanlar üzrə hakimə göndərilənə qədər dövlət nəzarətinə götürülməsi üçün müvəqqəti qərar verilib.
Körpənin anası xəstəxanada qalır. O, evdə doğuşdan bir gün sonra ora aparılıb. Müstəntiqlər hələ də qadını dindirə bilməyiblər. Ona vəkil verilib-verilmədiyi məlum deyil.