20:10
294
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, qəza Quba–Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
