“Newsweek”: Amerika QHT-ləri Azərbaycan və İsrailə qarşı – Onlara kim sponsorluq edir? Siyasət

“Newsweek”: Amerika QHT-ləri Azərbaycan və İsrailə qarşı – Onlara kim sponsorluq edir?

Amerika QHT-ləri Azərbaycan və İsrailə qarşı fəaliyyət göstərir və bununla əlaqədar ciddi maliyyə dəstəyi alır.
Bu barədə nüfuzlu “Newsweek” nəşrində dərc edilən məqalədə yazılır.
Məqalənin müəllifi, Xaim Salomon Mərkəzinin prezidenti Pol Miller yazır ki, İsrail ikili standartlara öyrəşmir: “Bəzi hüquq-müdafiə qrupları İsrailə xüsusi diqqət yetirməyi özlərinə vəzifə kimi qəbul edib, ancaq digər ölkələrin pozuntularına və cinayətlərinə göz yumur”.
Məqalədə qeyd olunur ki, İsraildən fərqli olaraq, QHT dünyasında Ermənistan bir növ əziz-xələfdir: “Human Rights Watch”-un sabiq bölmə direktoru və az əvvəl Corc Sorosun dəstəklədiyi Kuinsi İnstitutunun Tədqiqatlar və siyasət üzrə icraçı direktoru təyin edilmiş Sara Liya Uitson belə ikili standartların parlaq misalıdır. Hər iki qrup - “Human Rights Watch” və Kuinsi İnstitutu İsrail hökumətinin kəskin tənqidçiləridir. Ancaq bu iki qrup Ermənistan və Azərbaycan arasında çoxillik münaqişə kimi regional konfliktləri tamamilə görməzliyə vurur. Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ regionunda, bu ərazilərin işğal olunduğu BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində də əksini tapıb, qanunsuz qəsəbələrin tikilməsinə Sara Liya Uitson hər hansı şübhə ilə yanaşmır. Sara Liya Uitson 2018-ci ildə Ermənistan Milli Komitəsinə vəsait yığılmasını təşkil edib. Bu qurum isə həmin torpaqlarda ermənilərin məskunlaşmasını həyata keçirir və Qarabağa “ermənilərin vətəninin ayrılmaz hissəsi” kimi baxır”.
Məqalədə nəzərə çatdırılır ki, Sara Liya Uitson artıq çoxdandır, İsrailə qarşı düşmənçiliyi təbliğ edir, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına özünün dəstək verməsini isə bir kənara qoyur. Belə davranışı isə idrak dissonansı kimi xarakterizə etmək olar. Sara Liya Uitson riyakarlıqda da tək deyil. “Newsweek” yazır ki, Rokfeller Qardaşları Fondu (RBF) bəyan edir ki, daha ədalətli, davamlı və sülhsevər dünya çün sosial dəyişikliklərə dəstək verir. Ancaq buna baxmayaraq, bu Fond İsrailə qarşı boykot və sanksiyaları təbliğ edən QHT-ləri dəstəkləyir. Yeri gəlmişkən, 2019-cu ilin fevralında Ermənistan Prezidenti və RBF rəhbəri görüşüb, mümkün əməkdaşlıq barədə müzakirə aparıblar.
“Newsweek” beynəlxalq QHT-lər tərəfindən Azərbaycana münasibətdə ikili standartlarla bağlı digər misalları da qeyd edir: “Bu ilin əvvəlində Demokratiyanı Müdafiə Fondunun (FDD) hesabatı dərc olunub. Hesabatda qeyd edilib ki, beynəlxalq sistemdə hökumətlər və QHT-lər tərəfindən selektiv tənqidə münasibətdə daha dərin problemlər var. Hesabata əsasən, Ermənistan Dağlıq Qarabağın işğalı ilə əlaqədar hər hansı konkret sanksiya tətbiqi olmadan, simvolik müqavimətlə qarşılaşıb. BMT Təhlükəsizlik Şurasının qətnaməsinə Azərbaycan Respublikasının böyük sayda dinc əhalisinin yerini dəyişmək məcburiyyətində qalması və Azərbaycan ərazilərinin işğal edilməsi mühakimə olunur. Ancaq onlar işğalçını konkret göstərməkdən yayınırlar”.
Nəşr vurğulayır ki, ermənilərin dünyadakı QHT, xeyriyyə təşkilatları sırasındakı tərəfdarları, o cümlədən erməni məsələsini dəstəkləyən siyasətçilər hüquqi mübahisə və korrupsiyaya bulaşıblar: “2018-ci ildə “Ayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan mənimsəmə və vəsaitdən sui-istifadə ilə əlaqədar həbs olunub. Az əvvəl Federal Tədqiqat Bürosunun istefada olan agenti Babak Brumand erməni mütəşəkkil cinayətkar dəstə ilə əlaqəsi olan vəkildən rüşvət aldığı üçün həbs edilib. Bu məsələ Kaliforniyanın hüquq-mühafizə orqanlarına yaxşı məlumdur. Hörümçək toruna bənzəyən korrupsiya şəbəkəsi, ikili standartlar və bəzi tərəfdarlarının açıq antisemitizmindən aydın olur ki, Ermənistanın bir sıra tərəfdarları çox şübhəli dəyərləri qəbul edir və yayırlar”.