BTA Azərbaycanın dövlət sərhədində baş verənlərlə bağlı bəyanat yayıb Siyasət

BTA Azərbaycanın dövlət sərhədində baş verənlərlə bağlı bəyanat yayıb

Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Azərbaycanın dövlət sərhədində baş verənlərlə bağlı bəyanat yayıb.

BTA Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasından, iki ölkənin dövlət sərhədində baş verən döyüşlərdən ciddi narahatlığını ifadə edir və konfliktin BMT Təhlükəsizlik Şurasının qətnamələri, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində, sülh yolu həllinə ümid bəsləyir. Mülki şəxslərin qətlə yetirilməsi faktını kəskin pisləyir, şəhidlərə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.