“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
17 İyul 2020 12:00
1 547.jpg)
Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin ikinci günündəcə Ermənistan müdafiə nazirliyinin hazırkı mətbuat katibini praktiki olaraq arxa planda qoyan sabiq mətbuat katibinin reinkarnasiyası, təxmin etdiyimiz kimi, çoxsaylı saxta məlumatlar və dezinformasiyalar yaratmaq məqsədini güdürdü ki, bu baxımdan İrəvanda sabiq mətbuat katibinə bərabər tutulacaq ikinci bir adam yoxdur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
Onun sözlərinə görə, bu günlər ərzində Ermənistan müdafiə nazirliyi onlarla saxta və dezinformasiya xarakterli məlumatlar hazırladı:
"Biz bu dezinformasiyanı operativ şəkildə təkzib edirik. Xüsusilə, bildiyiniz kimi, Ermənistan müdafiə nazirliyi, erməni ictimaiyyətini bir növ ilhamlandırmaq üçün, guya döyüş zamanı Azərbaycan Ordusunun 13 PUA-sını itirdiyi barədə saxta məlumatlar yaydı. Bəs olmayan bir şeyi necə sübut etmək olar? Axı, erməni cəmiyyəti də sübut tələb edir. Elə ona görə də Ermənistanın müdafiə nazirliyi guya Azərbaycanın vurulmuş PUA-larından birinin olduğu iddia edilən fotoşəkili sosial şəbəkədə yayımladı. Lakin erməni mif yaradıcılarını suyun üzünə çıxarmaq elə də çətin olmadı – fotodakı PUA-nın Azərbaycanın deyil, 2014-cü ildə Əfqanıstanda vurulan Amerikaya məxsus PUA olduğu tez bir zamanda sübut edildi.
Diqqətçəkən məqamlardan biri də o oldu ki, hətta xarici jurnalistlər belə erməni uydurmalarını ifşa etməyə başladılar. Belə ki, Almaniyanın "Bild" nəşrinin hərbi analitiki Julian Repke, Ermənistan müdafiə nazirliyinin yaydığı guya Azərbaycana məxsus PUA-nın vurulduğunu əks etdirən videonun həqiqətə uyğun olmadığını qeyd edib. Çünki videoda görüntülənən ikimühərrikli kiçikhəcmli mülki sərnişin təyyarəsidir.
Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusunun bütün PUA-ları yerindədir və işləkdir. Azərbaycan Müdafiə Nazirliyi itkiləri gizlətmədən sərhəddəki vəziyyətlə bağlı bütün lazımi məlumatları operativ şəkildə verir".
13 Yanvar 20:18
994
13 Yanvar 20:17
1 036
13 Yanvar 19:20
1 015