Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Milli Məclisin nöbəti plenar iclası keçirilib

Milli Məclisin nöbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisin nöbəti plenar iclası keçirilib

Oqtay Əsədov: "Biz, əslində Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli mövqeyinə artıq öyrəşmişik"

Fazil Mustafa: "Avropa Parlamentində separatçı rejimlə dostluq edənlər "qara siyahı"ya salınmalıdır"

Fəzail Ağamalı: "İrəvanın Ermənistana verilməsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş qərar ləğv edilməlidir"

Fərəc Quliyev: "Azərbaycanın müstəqilliyinə səs vermiş keçmiş deputatların xidmətləri nəzərə alınsın"

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Reklam haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Turizm haqqında", "Dövlət rüsumu haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında" qanun layihələrinə, eləcə də Əmək, Miqrasiya, Ailə, Cinayət-Prosessual məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə təqdim edilib.
Öncə cari məsələlərə yer ayıran parlamentarilər onları narahat edən bir sıra problemlərə diqqət yönəltdilər.
Millət vəkili Fərəc Quliyev çıxışında Azərbaycanın müstəqilliyinə səs vermiş keçmiş deputatların xidmətlərinin nəzərə alınmasın çağırdı.
Deputat Vahid Əhmədov isə prezident İlham Əliyevin bütün çıxışlarında Azərbaycanın müstəqilliyinin önəmini qeyd etdiyini vurğuladı və bu günlə bağlı təklif verdi: "Bütün xarici dövlətlərin başçıları prezident İlham Əliyevi Müstəqillik Günü ilə bağlı təbrik edirlər. Mən Müstəqillik Gününün qeyri-iş günü olması və silsilə tədbirlərin keçirilməsini təklif edirəm. Müstəqilliyə səs vermiş keçmiş həmkarlarımızın bəzilərinin vəziyyəti ağırdır, mənzilə ehtiyacı olanlar var. O insanlara da kömək edilməsi yaxşı olardı".
YAP icra katibinin müavini Siyavuş Novruzov isə Azərbaycanın üçrəngli bayrağının ilk dəfə Naxçıvanda dalğalandığını söylədi: "Naxçıvan Muxtar Respublikasının 90 illiyi keçiriləcək. Naxçıvan Türkiyə ilə 11 kilometrlik sərhədi çıxmaq şərtilə blokada şəraitindədir. Ermənistanla ən böyük sərhədə malikdir. Leninqrada 4 il mühasirəyə görə "Qəhrəman Şəhər" adı verildi. Naxçıvan isə 20 ildir ki, blokadadır. Milli Məclisdə məsləhətləşib, Naxçıvanla bağlı bir qərar qəbul etməliyik".
Millət vəkili Fəzail Ağamalı isə İrəvanın Ermənistana verilməsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş qərarın ləğv edilməsinin vacibliyini diqqətə çatdırdı: "Bununla bağlı Xarici İşlər Nazirliyi nəzdində xüsusi qrup yaradılmalıdır".
Deputat Asəf Hacıyev uzun illər Azərbaycandan kənarda işləyən dövlət məmurlarının xaricdə aldıqları daşınmaz əmlak üçün gömrükdə yüksək miqdarda rüsum ödəməsi tələbinin ləğvini təklif edib. Onun fikrincə, dövlət xətti ilə xaricdə uzunmüddətli ezamiyyətdə olan şəxslər bu rüsumdan azad olunmalıdır: "Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının xətti ilə uzun müddətə xarici ölkələrə ezamiyyətə göndərilən Azərbaycan vətəndaşları həmin ölkələrdə daşınan əmlaka sahib olurlar. Geri dönəndə isə həmin əmlak ya köhnəlir və orada sata bilmirlər, ya da bir çox hallarda Azərbaycana gətirirlər. Azərbaycana gələndə isə gömrük rüsumlarının tətbiqi vətəndaşlar üçün çətinliklər törədir".
Bu səbəbdən A.Hacıyev həmin vətəndaşları gömrük rüsumlarından azad etmək üçün Gömrük Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini təklif edib: "Düşünmürəm ki, bu, dövlət büdcəsinə böyük ziyan vura bilər, ancaq bu dəyişikliyi etməklə vətəndaşlarımıza böyük köməklik göstərmiş olarıq".
Millət vəkili Musa Qasımlı isə çıxışında Dağlıq Qarabağ regionunda zorakı məskunlaşdırma haqqında ayrı-ayrı ölkələrin parlamentarilərinə məktub göndərilməsi təklif etdi: "Biz bu payız sessiyası dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri, işğal edilmiş Dağlıq Qarabağ regionunda və digər ərazilərdə zorakı məskunlaşdırma və digər qanunsuz fəaliyyət haqqında həm beynəlxalq parlament təşkilatlarına, həm də ayrı-ayrı ölkələrinin parlamentləri ilə dostluq qruplarının üzvlərinə fərdi olaraq məktublar göndərək və xahiş edək ki, onlar bu məsələni öz parlamentlərində qaldırsınlar".
M.Qasımlı xatırladıb ki, ermənilər 2015-ci ildə tarixdə heç zaman olmayan qondarma "soyqrım"ın 100 illiyini qeyd etməyə hazırlaşır: "Biz də bundan istifadə edərək öz həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Fikrimcə, 2015-ci ildə Xocalı soyqrımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Milli Məclis daha yüksək fəallıq göstərə bilər. Bunun bizə böyük faydası olar".
Deputat Zahid Oruc Qərb dairələrinin Türkiyədən İraqa qoşun yeritməyi tələb etməsindən söz açdı. O bu tələbləri pisləyib və deyib ki, Türkiyə buna getməməlidir: "Xeyir ola, Türkiyə niyə İraqa tək daxil olmalıdır? İraqdakı xaosun və vəhşətin başlıca səbəbi Türkiyə deyil. Qərb dairələri doğrudan da islamı cihadçıların əlindən almaq istəyirsə, daha real addımlar atmalıdır, əvvəlcə özləri irəli yeriməlidir. Türkiyə İraqa daxil olub İŞİD-çilərlə mübarizəyə başlasa, onda öldürən də müsəlman, ölən də müsəlman olacaq, onda daha bunların harası müsəlman olacaq?" Zahid Oruc hesab edir ki, bəzi ölkələr bu tələbi irəli sürməklə Türkiyə əleyhinə məkrli planları həyata keçirməyə çalışır: "Biz Azərbaycan parlamenti olaraq Türkiyənin soyuqqanlı münasibətini qəbul etməliyik. Beynəlxalq qüvvələrin iştirakı olmadan İraqa qoşun yeritməsi Türkiyənin böyük bir bataqlığa düşməsi demək olardı".
Millət vəkili Fazil Mustafa çıxışında bildirdi ki, Avropa Parlamentində separatçı rejimlə dostluq edənlər "qara siyahı"ya salınmalıdır: "Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimin "parlamenti" ilə "dostluq qrupu"nun yaradılması gündəmə gəlib. Biz buna etiraz etməliyik".
Onun sözlərinə görə, bu təşəbbüsü Avropa Parlamentinin Ermənistanla yaxşı münasibətləri olan şəxslər gündəmə gətirib: "Bununla yanaşı, münaqişəyə qərəzli yanaşanlar və bununla da separatçı rejimlə dostluq edənlər Azərbaycan tərəfindən "qara siyahı"ya salınmalıdır".
Fazil Mustafa onu da dedi ki, Azərbaycan prezidenti İlham Əliyev apardığı balanslı siyasətlə Qərb və Rusiya ilə əməkdaşlığı yüksək səviyyədə qura bilib.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında bildirdi ki, Avropa Parlamentinin içərisində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması erməni təbliğatının məhsuludur.
Onun sözlərinə görə, rəsmi təşkilatlar belə bir qrupun yaradılmasına imkan verməz: "Azərbaycanın mövqeyi beynəlxalq strukturlarda getdikcə möhkəmlənir. İş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri həmin məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bununla da Avropa Parlamentini çıxılmaz vəziyyətdə qoyurlar. Azərbaycanın Avropa Şurasında fəaliyyəti, Fikrət Məmmədovun çıxışı nəticəsində qəbul olunmuş bəyanatdır. Orada bizim səfirimizin çıxışı da çox önəmli oldu. Qarşı tərəf, sadəcə olaraq insan haqlarından istifadə edərək, Azərbaycana təzyiqlər edirlər. Dünyanın bütün ölkələrində insan haqlarına qarşı vəziyyət daha acınacaqlıdır. Hesab edirəm ki, Azərbaycanın girov düşmüş və bir milyondan çox məcburi köçkünün insan haqlarından danışmayıb, həbsdə olan bir-iki nəfərin hüququnu qabartmaq, qərəzlidir".
Parlamentin spikeri Oqtay Əsədov isə vurğuladı ki, o, millət vəkillərinin Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə isti münasibətlərindən doğan narahatlığını başa düşür: " Biz, əslində Azərbaycana qarşı beynəlxalq təşkilatların qərəzli mövqeyinə artıq öyrəşmişik. Lakin rəsmi təsdiqini tapmayan məsələləri müzakirə etmək lazım deyil".
O bildirdi ki, Avropa Parlamentinin Dağlıq Qarabağdakı separatçı rejimlə "dostluq qrupu" yaratması yalnız erməni saytlarında iddia olunur.
Milli Məclis sədri qeyd etdi ki, Avropa təsisatlarında bununla bağlı heç bir informasiya yoxdur. Oqtay Əsədov Dağlıq Qarabağın Azərbaycanlı İcmasını da aktiv olmağa çağırdı: "İcma bu məsələlərdə aktiv olmalıdır. Aktiv fəaliyyətlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı şəkildə dünya ictimaiyyətinə lazımı məlumatlar verməlidir".