" Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qənimət Zayidov ermənidən daha çox təhlükəli düşməndir " Siyasət

" Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qənimət Zayidov ermənidən daha çox təhlükəli düşməndir "

" Bu gün Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qənimət Zayidov, Tural Sadıqlı və digərləri erməni vəhşilərindən daha qorxulu və təhlükəli düşmənlərdir. Təsəvvür edirsiniz, Sevinc Osmanqızı deyir ki, xarici ölkələrdə ermənilərin soydaşlarımıza qarşı etdiyi fiziki zorlakılğı, döyülməsini, təhqir olunmasını, güləllənməsini və bu cür qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir."-bu açıqlamanı Baymedia.az saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, son bir necə gündür ermənilərin ABŞ-da, Avropada, Rusiyada və digər ölkələrdə vətəndaşılarımızın ordumuza və dövlətimizə verdiyi dəstək aksiyalarına qarşı törədilən vandal hərəkətinə özümüzdən olan xainlər və satqınlar dəstək verir:" Xaricdə ələ alınmış bu satqınların, xainlərin kimliyi hər kəsə bəlli olmaqdadır. Zaman-zamn özlərini açıq şəkildə ifşa edirlər. İndiki vaxtda sadəcə insan dəhşətə gəlir. Bunu necə demək olar?! sevinclər, orduxanlar, qənimətlər, turallar açıq şəkildə baş vermiş hadisəni Azərbaycan dövlətinin üzərinə yönəldirlər. Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirdirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?!"

Niyaməddin Orduxanlının sözlərinə görə, dünən bu şəxslərin satqınlığı və xəyanəti ilə bağlı sosial şəbəkədə status paylaşıb:" "Bu gün Sevinc Osmanqızı, Orduxan Teymurxan, Tural Sadıqlı, Qənimət Zahid və başqaları ermənidən daha təhlükəli düşməndir! Dəhşət!" yazdığım statusa bir gün ərzində yüzdən artıq şəxs rəy yazıb və onların necə satqın və ünsür olduqlarını qeyd edirlər. Və bu davam etməkdədir. Hər kəs mənim facebook profilimə daxil olub, görə bilər. Çox hiddətlə qarşılanır onların xəyanəti. Bu gün dünyada yaşayan bir erməni görmədik ki, hətta, indiki Paşinyan rejiminə ən radikal müxalifətdə olan erməni Sevinc Osmanqızı, Orduxan, Qənimət Zayidov, Tural Sadıqlı və digərləri kimi çıxıb Ermənistanı ittiham etsin və baş verənləri ermənilərin günahı üçbatından olduğunu bildirsin, bəyan etsin. Bu adamlar ermənidən də artıq ermənidilər."
Politoloqun fikirincə, Osmanqızın şəhid qızı olması və onun atasını məhz ermənilərin qətlə yetirməsini hər kəs xüsusi olaraq qeyd edir:" Haram olsun ona atasının çörəyi. Sevinc üçün də maddi maraqlar bütün mənəvi dəyərləri aşıbdır. İnsan atasını cavan yaşında qətlə yetirən erməniləri necə müdafiə edə bilər?! Bu adamlar hər fürsətdə dövlət maraqlarımıza və milli maraqlarımızın əleyhinə gedirlər. Ancaq bu gün çox sevindiricidir ki, ictimai qınaq çox yüksək səviyyədədir. Onların hansı məqsədlə fəaliyyət göstərdiyini görürlər və öz etirazlarını yazırlar. Biz siysətçilər də çəkinmədən, onların şantajlarından, həddə qorxularından və digər amillərdən çəkinməməliyik və açıq şəkildə mövqeyimizi ortaya qoymalıyıq. Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov hər fürsətdəcə mənə ölümlə hədələyir, təhdid edir. Və hakmiyyətə gəldiyi təqdirdə diri-diri yandıracağını yazır. Ancaq bu cür hədə qorxudan çəkinməməliyik! Necə ki, biz bunu hər zaman ortaya qoyuruq! Siyasətçinin əm böyük missiyası öz vətəninə, dövlətinə, xalqına vicdanla qulluq etməkdir! Və baş vermiş hadisəyə ortaya çəkinmədən mövqe qoymaqdır. Bu cür hədələr məni öz tutduğum siyasi yoldan çəkindirə bilməz. Necə ki, 20 ildir bu yolla gedirəm...."