FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb
Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub
Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir
Sülh gündəliyi və Avropa İttifaqının siyasəti: Azərbaycana qarşı ikili standartlar - RƏY
12 Avqust 2020 13:05
2 219
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın qədim tarixi var. Birgə hərbi təlimlər iki dövlət arasında imzalanmış hərbi sazişə əsasən həyata keçirilir.
Trend-in məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri çərçivəsində "CNN Türk" kanalına müsahibəsi zamanı deyib.
Nazir bildirib ki, təlimlər mütəmadi olaraq həyata keçirilir və hazırda Azərbaycan ərazisində keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri də bu qəbildəndir: "Onu da qeyd etmək çox vacibdir ki, Türkiyə ilə Azərbaycan arasında olan əməkdaşlıq nəinki iki ölkənin, eyni zamanda regionun inkişafına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, hərbi əməkdaşlıq da bu yöndə dəyərləndirilməlidir".