Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
27 Oktyabr 2020 12:47
2 037
Dörd həftədir davam edən döyüşlərdə ermənilər Dağlıq Qarabağda mövqelərini itirirlər. Tezliklə danışıqlara başlanması İrəvan və Xankəndi (Stepanakert) üçün həyati əhəmiyyətə malikdir. Bir neçə günlük sakitlikdən sonra atəş səsləri yenidən başlayıb. Zirzəmilərdə yaşayan əhalinin xoş olmayan əhvalı, cəbhədə səngərdəki əsgərlərin üzlərindəki ifadə vəziyyətin ciddi olduğunu göstərir. Bütün bunlar sakitcə “vəziyyət yaxşı deyil” pıçıldayır. Bir neçə həftədir ön cəbhədən qayıdan gənc erməni könüllü Hrayr deyir: “Azərbaycanlılarla müqayisədə silahlarımız yetərli deyil. Daha artığına ehtiyacımız var”.
AZƏRTAC xəbər verir ki, bu sözlər Fransanın “Libération” qəzetində dərc olunan “Dağlıq Qarabağ: məğlubiyyət və danışıqlar arasında” sərlövhəli məqalədə yer alıb.
Müəllif bildirir ki, Azərbaycan 30 ilə yaxındır işğal altında qalan ərazilərini azad edir. Sosial şəbəkələrdə yayımlanan bir xəritədə Azərbaycanın Qarabağın cənubunda, İranla sərhəddə böyük bir ərazini azad etdiyi göstərilir. Qeyd edilir ki, əvvəllər 3800 nəfər əhalisi olan Hadrut da artıq rəsmi Bakının nəzarəti altındadır.
Qeyd olunub ki, Azərbaycan Dağlıq Qarabağı “məngənəyə” salıb. Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizinə yaxınlaşıblar ki, bu da Ermənistanı çox narahat edir. Bu dəhlizin strateji əhəmiyyətinə toxunan jurnalist yazır ki, Dağlıq Qarabağa silah-sursat məhz bu dəhliz vasitəsilə çatdırılır.
Məqalədə Rusiya Prezidentinin fikirlərinə yer verilib, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilir, çətin vəziyyətə düşən Ermənistanın baş nazirinin Moskvaya üz tutmasından danışılır.
Eyni zamanda, Türkiyənin Azərbaycana dəstəyini gizlətmədiyi diqqətə çatdırılır. Xüsusilə vurğulanır ki, Azərbaycan döyüşlərdə İsrail və Türkiyə istehsalı olan müasir PUA-lardan geniş istifadə edir.