Niyazi Səfərov: "Ermənistanın təcavüzü nəticəsində vurulan ziyanın qiymətləndirməsi aparılır" Siyasət

Niyazi Səfərov: "Ermənistanın təcavüzü nəticəsində vurulan ziyanın qiymətləndirməsi aparılır"

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülkü əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın aradan qaldırılmasını təmin etmək üçün Dövlət Komissiyası yaradılıb. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı Qarabağın gələcək iqtisadiyyatına həsr olunan müzakirələrdə çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, hazırda müvafiq işçi qrupları regionlarda işlərə başlayıb, inventarizasiya və qiymətləndirmə işlərini həyata keçirməkdədirlər.