“10 günə Rusiya dövləti çökəcək, Putin devriləcək” Siyasət

“10 günə Rusiya dövləti çökəcək, Putin devriləcək”

Vəfa Quluzadə: "İmperiya bir gündə 76 milyard dollar itirib"

"Rusiya Ukraynaya kobud müdaxilə etməklı Qərbi, NATO-nu nüvə müharibəsi həddinə çatdırmaq istəyir. Rusiya dünyanı hədələyir. İstəyir ki, Qərb Rusiyanın Krım üzərindəki hegemonluğuna göz yumsun, Ukraynanın daxili işlərinə qarışmasın". Bunu politoloq Vəfa Quluzadə teleqraf.com saytına müsahibəsində deyib.
O, bildirib ki, Qərbin elan etdiyi boykot, iqtisadi sanksiyalar Rusiyanı çökdürür: "Rusiya bir gündə 76 milyard dollar itirib. Rusiyanın bütün aktivlərinin, o cümlədən rublun məzənnəsi düşüb. Belə getsə, Rusiya 10 günə iflas olacaq. Ölkə iqtisadiyyatı çökəcək, iqtidar da məcbur olub istefaya gedəcək. İnanmıram ki, Rusiyanın əsgəri heyəti bütün bunları öncədən bilməsin. Əsas məqsədləri odur ki, Qərb qıcıqlansın. Rusiya deyir ki, embarqoları aradan qaldırın, yoxsa nüvə müharibəsinə başlayacam. Putin hesab edir ki, Qərb olduqca komfort içindədir, cəh-cəlal içərisində yaşayır, ona görə də Rusiyanın nüvə müharibəsi şantajının qarşısında geri çəkiləcək. Putinin hazırda əsas strategiyası budur. Çünki bütün sanksiyalar Rusiyanı çökdürür. 10 günə qədər bu məsələlər həllini tapmasa, hesab edin ki, Rusiya dövləti çökəcək, Putin devriləcək. Düşünürəm ki, Putin əvvəlcədən istefa verməli idi. Ölkənin güc strukturları ona təzyiq göstərməməsi üçün o, postundan getməli idi. Putin başa düşür ki, oyunun axırı iflasdır, amma məcbur olub buna gedir".