Almaniya kansleri Fridrix Merz İrana çağırış edib
13 Oktyabr 15:57
13 Oktyabr 15:57
SpaceX Ukrayna ordusuna Starlink-ə giriş məhdudiyyətlərini yenidən sərtləşdirib
Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub
Zelenski: ABŞ ötən gecə yenidən Ukraynaya kəşfiyyat məlumatlarını ötürmədi
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
23 Fevral 2021 12:35
2 457
Azərbaycanda dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün istifadə ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əsasən, Azərbaycan müəlliflərinin ictimai varidat dairəsinə aid edilən əsərləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət varidatı elan edilə və ondan istifadəyə görə xüsusi ödənişlər müəyyənləşdirilə bilər.
İndiyə qədər dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülüb. Layihəyə əsasən, dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə hesablanan qonorar dövlət büdcəsinə deyil, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürüləcək və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
10:57
287
10:56
336
10:55
357