Britaniya girovlarımız üzərindəki məhkəməni tanımadı Siyasət

Britaniya girovlarımız üzərindəki məhkəməni tanımadı

Böyük Britaniya hökuməti qondarma "Dağlıq Qarabağ respublikası"nı və onun məhkəməsini tanımır.
Lord Con Teylor Kilkluninin Böyük Britaniya Parlamentində ünvanladığı sualı cavablandıran ölkənin Xarici İşlər Nazirliyinin dövlət məsələləri üzrə naziri Baronessa Anelay rəsmi Londonun qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımadığını açıqlayıb.
Lord Kilkluninin sualı işğal olunmuş Azərbaycan ərazilərdə yaxınlarının məzarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin - Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub. "Dağlıq Qarabağ respublikası" nı tanımaması ilə yanaşı Baronessa Anelay qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını tanımır.
Dövlət məsələləri üzrə nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında qaldırdığını da dilə gətirib.