Əli Kərimliyə ağır ittihamlar Siyasət

Əli Kərimliyə ağır ittihamlar

Razi Nurullayev: "Əli Kərimliyə görə, mənim hər yazımın son missiyası "bu iqtidar Dağlıq Qarabağı satıb" olmalıydı"

Nyaməddin Orduxanlı: "Vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq"

Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin istefa verməsi və partiya sədri ilə bağlı veridiyi şok acılamalar qarşılıqlı ittihamlarla davam edir. AXCP-dən istefa verən keçmiş sədr müavini Razi Nurullayev ABŞ və Britaniya səfirliklərinin Azərbaycanda gizli dinləmələr aparması haqda səsləndirdiyi fikirlərə aydınlıq gətirib. "Əli Kərimlinin özü mənə dedi ki, ABŞ və Böyük Britaniya səfirlikləri 3-4 ildir ki, ona məlumatlar ötürürlər",-deyən Razi Nurullayev bu barədə öz Facebook səhifəsində yazıb: "Əli Kərimli ilə evində görüşərkən o mənə deyib ki, ABŞ və Böyük Britaniya səfirlikləri ona məlumat veriblər ki, mən hakimiyyətə işləyirəm. O deyib ki, onlar mənimlə bağlı məlumat toplayıblar və 3-4 ildir ki, ona məlumatlar ötürürlər. Əslində, bu fikri mənə bir dəfə də 2012-ci ildə demişdi. O zaman isə, yalnız Böyük Britaniya səfirliyinin adını çəkmişdi. Bunu ictimailəşdirmək ayıbıma gəlmişdi. Düşündüm ki, mənə təzyiq edir".
Razi Nurullayev qeyd edib ki, Əli Kərimli ilə hər zaman arasında problem olub:
" Çünki o mənim yazdığım və verdiyim hər bir açıqlamanın gah başlığının düzəldilməsini tələb edirdi, gah Dağlıq Qarabağla bağlı verdiyim müsahibə və yazdığım yazıların onun mövqeyi ilə üst-üstə düşmədiyini deyirdi. Gərək mənim hər yazımın son missiyası "bu iqtidar Dağlıq Qarabağı satıb" olaydı. Amma istəmirdim ki, politoloq kimi verdiyim açıqlamalarda ədalətsiz mövqe tutum və jurnalistlərin də mənə politoloq kimi maraqları azalsın. O mənə səfirliklərlə bağlı bunları deyən zaman, inanmadığımı söylədim. Dedim ki, onlarla mən də görüşürəm və heç zaman mənə belə bir münasibət sərgilənməyib. Üstəlik, kiçik bir mübahisə etdik və qeyd etdim ki, adını çəkdiyiniz səfirliklər bu sözləri deməzlər.
Diplomatlar çox ehtiyatlıdırlar və əsasən, ümumi fikir danışırlar. Heç zaman ortaya mövqe qoymurlar. Bunları mətbuat konfransında da qeyd etmişəm".
ABŞ və Böyük Britaniya səfirlikləri ilə bağlı heç zaman problemi olmadığını vurğulayan sabiq cəbhəçi deyib ki, hər zaman Amerika və Böyük Britaniyanı Azərbaycan dövlətinin dostu hesab edib: "Səfirlikdə görüşdüyüm zaman, heç vaxt nə mətbuata, nə də kənar şəxslərə heç nə deməmişəm. Hər zaman prinsipim iki şəxs arasında olan söhbətin elə iki şəxs arasında qalmasıdır. Bununla bağlı mətbuat açıqlamalarım axtarış edilə bilər. Heç zaman ümumi sözlərdən kənara çıxmamışam və bu belə olaraq da qalacaq. ABŞ və Böyük Britaniya səfirliklərinə müraciət edirəm ki, biz bu məsələləri masa arxasında müzakirə edək. Dediyim və yazdığım məsələlərdə zərrə qədər də yalan yoxdur. Əksinə, hələ bir az yumşaldaraq fikirlərimi izah etməyə çalışıram. Mən əminliklə də yalan detoktorundan da keçməyə hazıram. Heç düşünmədən bunu mətbuatın qarşısında da, təklikdə də edə bilərəm".
R.Nurullayev facebookda saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya (AXCP) gətirdiyini və buna görə də təəssüf etdiyini bildirib.
R.Nurullayev qeyd edib ki, sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir: "Bu çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər?
Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki, saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs, harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zormalamığı rəva görürsünüz?
Mənim də yaxşı tanıdığım Elçin Şükürlü. Mən qəza keçirən zaman o da infarkt keçirmişdi. Bir neçə tanınmış cəbhəçi ilə onu ziyarət etdik və dəstək olmağa çalışdıq. Bilirəm ki, o çətin vəziyyətdədir və onun Facebook-a girmək imkanları da yoxdur. Olsa belə, o internetdən istifadə etməyi bilmir. Bəs necə olur ki, Facebook-da məni söyür və hər bir statusun altında bülbül kimi ötür? Mən o təmiz qəlbli cəbhəçinin telefonunu mətbuata təqdim edə bilərəm.
Bəs sonsuz hörmət bəslədiyim cəbhəçi Bəxtiyar Hüseyn. Onunla telefonla da danışdım və bu saf cəbhəçi dediklərimdən pis oldu. O çətin vəziyyətə düşdü. Dedi ki, bəy, sənə qarşı yazılan şərhlərin heç biri mənə aid deyil. Mən Facebook-dan istifadə etmirəm. O, dedi ki, istfadə edən şəxsi tanıyır və onunla ağır danışacaq. Budurmu sizin söz azadlığınız və insanların fərdi həyatına və sözünə hörmətiniz? Bəxtiyar bəyin də telefonunu mətbuat nümayəndələrinə təqdim edə bilərəm. Hər ikisinin profilini şərh bölməsində paylaşacam.
Bu profilləri və onlarca digər profilləri işlədən Rəyasət Heyəti üzvünün adını bilirəm. Amma sadəcə onun adını çəkmək də pis gəlir mənə açığı. Təbii ki, biləcəksiniz.
Keçək başqa bir müavinə. İlhamoğlu Kamal mənim təşkilatımın mətbuat xidmətinin rəhbəridir. Facebook-u sağına-soluna, eninə-uzununa ekspert kimi bilir. Onu cəbhəçi gənclər də tanıyırlar yəqin ki. Bir sədr müavini - FQ, ona şərh bölməsində paylaşacağım mesajı yazıb. Elə bilir ki, o mənəm və Kamal da saxta profildir. Real profillə, özü də hansı ki, Facebok-u professional işlədən birini saxta hesab edəsən, daha nə deyim? Budurmu sənin savadın və analizin? Təbii ki, hətta bu screnşot-u paylaşmaq mənə ağır gəlir, amma blirəm ki, ziyansızdır. Yoxsa, səni pis vəziyyət’ qoymaq istəməzdim. İstəsəydim, mən də deyərim ki, əlimdə audio-video yazılar var. Ayıbdır belə şeylər. Təbii ki, mən belə hesab edirəm, amma sizlərin belə düşündüyü inancında deyilim.
Aktiv olan 200 yüzə qədər saxta profilləriniz var. Amma, qara gün üçün bu saxta profillər 500-700 arası dəyişə də bilər. Ayıbdır.
Saxtakarlıq etməyin. Xalq elə buna görə müxalifətdən üz döndərib. Allah, məni və dostlarımı saxtalıqdan, yalandan və böhtandan qoru!".
Onu da əlavə edək ki, Razi Nurullayevin bu cür acıqlamalarına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ona cavab verməklə yanaşı digər şəxsləri - Azər Həsrəti, Niyaməddin Orduxanlını, Rauf Arifoğlunu, Aynur Camalqızını, Taleh Şahsuvarlını və digərlərini ittiham edib.
Fuad Qəhrəmanlının ittihamını cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı bildirib ki, bununla bağlı Facebook sosial şəbəkəsində status da yazıb: "Vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq. Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və o da istefa verəcək. Əli Kərimlinin əsl simasından danışacaq. Neçə ki, bu gün Razi bəy və digərləri danışır. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz Elçibəy başda olmaqla hər kəsə, o cümlədən tələbə yoldaşlarına, dost dediyi şəxslərə, hətta ailəsini və özünü qoruyan insanlara. Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam üçün heç bir mənəvi dəyər qalmayıb. Sözün həqiqi mənasında Əli Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq edən adamı, bir saat ərzində düşmən edir. Baxın Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs - müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhədinova, Rəsul Mirhəşimli eyni ittihamları səsləndirir?
Fuad Qəhrəmanlı Aynur Camalqızını da ittiham edib. Başa düşə bilmirəm əgər Aynur xanımın fəaliyyəti siz qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi media qurumunda çalışıb? Bunu neçə başa düşək?
Əli Kərimlinin müşaviri olmuş Zərifə xanım deyir ki, Əli Kərimli onu porno kasetlə şantaj edir. İndi bunun günahı bizdədir? Bu anormallıqdır ki, Əli Kərimlinin özü müavinlərinə, müşavirlərinə qarşı tutduğu mövqeyə görə, kimisə ittiham edəsən....
Sonda bir məqama da toxumaq istəyirəm. Artıq Razı bəyin özü də acıqlamasında bildirib ki, Facebook sosial şəbəkəsinə saxta profilləri gətirən və idarə edən şəxs Əli Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta profilləri acdırıb insanları təhqir etdirir. Bu göstərişi də verən Əli Kərimlidir. Kişi kimi açıq mübarizədən qacanlar bilməlidir ki, həmin ptofillərlə yazdığınız təhqirlərlə sizin hansı tərbiyənin sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər".

Əli