14 Sentyabr 17:37
14 Sentyabr 14:59
09:41
434
"Vega-C" daşıyıcı raketi çərşənbə axşamı günü "Sentinel-3C" Yer müşahidə peykini və kosmosdan bitki fotosintezini ölçmək üçün hazırlanmış "FLEX" peykini uğurla orbitə çıxarıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) məlumat yayıb.
Raketin buraxılışı Fransız Qvianadakı Kuru kosmodromundan yerli vaxtla bazar ertəsi saat 22:21-də həyata keçirilib. Təxminən iki saatdan sonra peyklər hədəf orbitinə çıxarılıb.
"Sentinel-3C" okeanların, qurunun, buz örtüyünün və atmosferin fasiləsiz operativ monitorinqini aparan və ESA-nın "Copernicus" proqramı çərçivəsində artıq orbitdə fəaliyyət göstərən iki analoji peykə qoşulub. Əldə olunan məlumatlar dəqiq meteoproqnozların tərtib edilməsi üçün istifadə olunur, həmçinin iqlim dəyişikliyinin planetin ekosistemlərinə təsirini qiymətləndirməyə kömək edir.
ESA-nın məlumatına görə, "FLEX" qlobal miqyasda bitki örtüyünün fotosintetik aktivliyini və stresini ölçmək üçün xüsusi olaraq yaradılmış ilk Avropa peyki olub. O, bitkilərin fotosintez zamanı xaric etdiyi zəif parıltını qeydə almaq və 300-ün 300 metrinə təsvir ölçüsünə malik qlobal xəritələr tərtib etmək qabiliyyətinə malikdir.
Məryəm Quliyeva