09:52
420
Almaniya kansleri Fridrix Merz yaxın həftələrin və ya ayların Avropada sülhün əldə olunması üçün həlledici ola biləcəyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Almaniyada nüfuz reytinqi rekord həddə düşən Merz bu bəyanatı Finlandiyaya səfəri zamanı verib.
O, Kiyevi dəstəkləmək və Almaniya sakinlərini bunun onlara lazım olduğuna inandırmaq üçün əlindən gələni edəcəyini bildirib. Eyni zamanda, "Almaniya üçün Alternativ" partiyasını dəstəkləyən əhalinin bir hissəsinin narazılığına baxmayaraq, Merz Kiyevə maliyyə yardımını davam etdirməyə hazır olduğunu bəyan edib.
Məryəm Quliyeva