“Ermənistana sanksiyaların tətbiq edilməsi ilə bağlı məsələlər daim müzakirə olunur” Siyasət

“Ermənistana sanksiyaların tətbiq edilməsi ilə bağlı məsələlər daim müzakirə olunur”

Sevinc Fətəliyeva: "Ermənistan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti düzgün qiymətləndirilmir"

"Avropa Şurası və digər beynəlxalq təşkilatlarda girovlarla həmçinin Ermənistana sanksiyaların tətbiq edilməsi ilə bağlı məsələlər daim müzakirə olunur. Ümumiyyətlə Ermənistan rəhbərliyinin, Ermənistan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti düzgün qiymətləndirilmir". Bu sözləri açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, girovlarla bağlı məsələ gündəmdən düşmür və daim müzakirə olunur: "Ermənistana sanksiyaların tətbiq edilməsinin nə dərəcədə real olması hələ də sual altındadır. Lakin biz daimi olaraq bu məsələyə diqqəti cəlb etməyə çalışırıq. Artıq bir neçə sessiyada girovlarla bağlı məsələni müzakirə etmişik. Ermənistan tərəfinin çıxışlarında da girovlar barədə söz açılır. Ancaq təəssüflər olsun ki, o Ermənistan tərəfi tam reallığa aid olmayan aspektlərdən çıxış edir. Burada həqiqəti demək, real vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq bizim borcumuzdur. Eynilə Rusiyaya tətbiq olunduğu kimi, Ermənistana da müəyyən sanksiyaların tətbiqi üçün daim müzakirələr aparırıq. Son zamanlar bizim bir nömrəli vəzifəmiz, məhz bundan ibarətdir".

Əli