Kəmaləddin Heydərov Tatarıstanın baş naziri ilə görüşüb Siyasət

Kəmaləddin Heydərov Tatarıstanın baş naziri ilə görüşüb

Fövqəladə Hallar Nazirliyində (FHN) Rusiya Federasiyası Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları səmimiyyətlə salamlayan Kəmaləddin Heydərov ölkədə fövqəladə hallarla mübarizə sahəsində görülən işlər barədə ümumi məlumat verib.
Görüş zamanı qarşı tərəf Tatarıstanda müvafiq sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyəti barədə geniş məlumat verib.
Sonra fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.