Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Vətəndaşların hüquqlarının müdafiəsi

Vətəndaşların hüquqlarının müdafiəsi Layihə

Vətəndaşların hüquqlarının müdafiəsi

VII yazı

Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında 2014-cü il üzrə illik məruzəsində bildirilir ki, təhlil və müşahidələrə əsasən təhsilin inkişafına xidmət edən qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, təhsilin keyfiyyətindəki bir sıra problemlər, habelə tədris prosesindəki nöqsanlar hələ də qalmaqdadır. Bu da haqlı narazılıqlara səbəb olur. Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində artıq orta ümumtəhsil məktəblərində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda pilləli tədris proqramı uğurla həyata keçirilməkdədir. Ötən ilin fevral ayından Bakı şəhərinin 12 rayonunun hərəsindən bir məktəb, respublikanın 8 rayonunun, o cümlədən Xızı, Siyəzən, İsmayıllı, Oğuz, Lənkəran, Salyan, Goranboy, Tovuz rayonlarının hərəsindən isə üç məktəb seçilməklə uşaq hüquqlarının pilləli tədrisi davam edir. İnteraktiv formada üç pillə üzrə həyata keçirilən dərslər müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılanıb. Təsisatda hazırlanmış "Uşaq hüquqları hamı üçün" adlı kitab və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir. Həmin tədris proqramı insan hüquqları mədəniyyətinin təbliğinə, cəmiyyətdə və məktəb mühitində uşaq hüquqlarının yeniyetmə yaşlarından öyrədilməsinə, uşaq və gənclərin, müəllimlərin hüquq düşüncəsinin və bacarıqlarının artırılmasına xidmət etməkdədir. Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması zəruridir. Kənd rayonlarında, xüsusilə kənd yerlərində bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməsi, bir sıra belə müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması və bağlanılması xüsusi narahatlıq yaratmaqdadır.
Müraciətlərdə müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud müəssisələrin uşaqların sayı baxımından tələbatı ödəməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb edilməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar öz əksini tapıb.
Təhsil Nazirliyinin ötən tədris ilindən müəllim hazırlığı işində yeni standartlara keçməsi, bu məqsədlə pedaqoji kadr hazırlayan ali məktəblərin tədris proqramlarında dəyişikliklər edilməsi təqdirəlayiqdir. Ötən ildə ilk dəfə Bakı şəhərində 30 mindən çox müəllim sınaq imtahanına cəlb edilməklə fənn bilikləri, metodika və o cümlədən kommunikativ bilikləri yoxlanılıb. Nəticə etibarilə, sınaqda iştirak edən müəllimlərin 85 faizinin qənaətbəxş, 14 faizinin isə zəif nəticə göstərdiyi bildirilib.
Təhsil hüququ ilə bağlı ötən il 129 müraciət daxil olub. Bu müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində bir sıra nöqsanlar aşkar edilib, günahkar şəxslər cəzalandırılıblar. Təhlillər göstərir ki, pedaqoji kollektivdə qarşılıqlı qərəzli münasibətlər, müəllimlər arasında olan qeyri-sağlam mühit tədris prosesinə mənfi təsir göstərməklə yanaşı, tərbiyə işinin də düzgün qurulmasına maneçilik törədir.
Araşdırmalar zamanı xüsusilə məktəb direktorlarının müəllimlərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verməsi, dərs bölgüsünün düzgün aparılmaması, müvafiq ödəniş əsasında müəllimlərin məktəbdə repetitor kimi fəaliyyətinə icazə verilməsi kimi hallar müəyyən edilib.
Bir sıra məktəblərdə direktorlar tərəfindən dərsə davamiyyəti, habelə bilik səviyyəsi zəif olan uşaqların istər pedaqoji şuranın, istərsə də valideynin "sinifdə saxlamaq" hədəsi altında məcbur edilməsi yolu ilə şəxsi ərizəyə əsasən məktəbdən xaric edilməsi halları müşahidə olunub. Qeyd edilən hallar bəzi yeniyetmələrin hüquqlarının pozulmasına, təhsildən kənarda qalmasına, habelə müxtəlif mənfi vərdişlərə sahiblənməsinə, hüquq pozuntuları törətməsinə səbəb olur.
Yeniyetmələrə, o cümlədən təhsildən yayınan uşaqlara münasibətdə vaxtında tərbiyəvi tədbirlərin tətbiq edilməməsi, istər valideynlər, istərsə də təhsil müəssisələri tərəfindən nəzarətsiz qalmaları onlarda hüquqpozmalara meyilliliyin yaranmasına, inzibati xətaların, hətta cinayətlərin törədilməsinə səbəb olur. Nəticədə tədrisi və təlim-tərbiyə vəzifələrini öz üzərinə götürən məktəblər onlara rəhbərlik edən direktorların şəxsində müxtəlif mənfi halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılması, preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə sosial-mənəvi aspektlərin öyrənilməsi əvəzinə, əksinə, hüquqi məsuliyyəti dərk etmədən buna təkan vermiş olurlar.
Ali təhsilin təmin edilməsi ilə bağlı müraciətlərdə diplomun və diploma əlavənin verilməsi zamanı pul tələb edilməsi, diplomların verilməsində, habelə xarici ölkələrdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə prosedurun həyata keçirilməsində süründürməçiliyə yol verilməsi, bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə köçürməyə, eyni zamanda təhsil haqqından azad edilməyə kömək göstərilməsi kimi hallar öz əksini tapıb.
Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin müvafiq yataqxanalarda yerlə təmin edilməsi, bu mümkün olmadıqda isə onlara mənzil kirayəsi haqqının ödənilməsi zəruridir. Bununla yanaşı, ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla daxil olmuş və oxuduğu müddətdə ən yüksək nəticələr göstərmiş tələbələrin növbəti yarımil üçün təhsil haqqının ödənilməsindən azad edilməsi ali təhsilin stimullaşdırılmasına xidmət edə bilər. Təhsili davam etdirmək üçün ali təhsil müəssisələrində əyani təhsilalma formasında magistraturada təhsil alanlara təhsilini bitirənədək çağırışa möhlət verilməsi təklif edilir.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın müddətinin başa çatdığı nəzərə alınaraq, qarşıdakı illər üçün yeni proqramın hazırlanıb tətbiq edilməsi də zəruridir. Müvəkkilin ötən dövrlərdə müəllim ixtisası üzrə respublikanın kənd rayonlarında, xüsusilə cəbhə xəttində olan bölgələrində və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə orta məktəblərdə işə başlamış gənc mütəxəssislər üçün güzəştlərin müəyyən edilməsi ilə bağlı təklifi Nazirlər Kabinetinin 2014-cü il 15 avqust tarixli qərarında öz əksini tapmış, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə bir sıra güzəştlər müəyyən edilib. Bununla belə, kadr çatışmazlığı məsələsinin həlli üzrə təsirli tədbirlər görülməlidir.
Mənzil hüququnun təmin edilməsi sahəsində olan problemlərin həlli məqsədilə mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun mənzil siyasətinin formalaşdırılması, habelə mənzillə təmin edilmə məsələsinin həllinə kompleks yanaşmanı, o cümlədən köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini də özündə əks etdirən konsepsiyanın və məqsədli dövlət proqramının hazırlanması və həyata keçirilməsi, ipoteka kreditlərinin verilməsi şərtlərinin əhalinin alıcılıq qabiliyyətinə müvafiq asanlaşdırılması tövsiyə olunur. Ötən il mənzil hüququ ilə bağlı 476 müraciət daxil olub. Bu müraciətlərdə əsasən, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların dələduzluq yolu ilə aldadılması, dövlət ehtiyacları üçün alınmış mülkiyyətin əvəzində uyğun olmayan kompensasiyanın verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, qəzalı vəziyyətdə olan yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi kimi hallar öz əksini tapıb.
Vətəndaşlara məxsus torpaq sahələrində Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq, məlumatlandırma icraatı qaydasında fərdi evin tikilməsi üçün rayon icra hakimiyyətlərinə göndərdikləri müvafiq sənədlərə (ərizə, torpağın sənədləri, layihə və layihəni icra edən şirkətin lisenziyasının surəti) həmin icra hakimiyyətləri tərəfindən baxılmalı və irad olduqda da belə, bu sənədlərə heç bir münasibət bildirilmir və ya müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı əsas gətirilməklə mənfi cavab verilir. Məhz bu hal vətəndaşların fərdi ev tikməklə öz yaşayışını yaxşılaşdırmasının qarşısını almaqla yanaşı, rüşvət hallarına da şərait yaradır. Qeyd edilən hallarla bağlı yerli icra hakimiyyəti orqanlarına göndərilmiş yoxlama tapşırıqlarına, bir qayda olaraq, müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı üçün vətəndaşların müraciətlərinin həllinin mümkün olmadığı bildirilib.
Bakı şəhərində bəzi şirkətlər tərəfindən inşa edilərək istifadəyə verilmiş və ya tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin qanunvericiliyin tələblərinə zidd şəkildə satılması prosesi minlərlə insanın hüquqlarının pozulması ilə nəticələnib. Qeyd edilən halların qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb, sığorta edilməmiş çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması yaranmış vəziyyətdən çıxış yolu kimi tövsiyə olunur. Digər tərəfdən, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olmaqdadır. İstismarına icazə verilməmiş, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binaları enerji və su ilə təchiz edilmiş, lakin qazlaşdırılmayıb.


Uğur