“Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır” Layihə

“Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır”

Eldar İbrahimov: "Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır"



Ermənistanda qeyri-stabil vəziyyət davam edir. İnqilab yolu ilə hakimyyətə gələn hazlrki baş nazir Nikol Paşinyan verdiyi vədləri yerinə yetirə bilmədiyindən reytinqi getdikcə aşağı düşür. Çıxış yolu tapa bilməyən Paşinyan Qarabağla bağlı təxribat xarakterli açıqlamalar verməklə daxilə hesablanan addım atır.
Bundan başqa Ermənistanda Paşiyan tərəfdarları parlament binasını mühasirəyə alaraq, kütləvi aksiyalara başlayıblar ki, bu da maraqlı situasiyadır.
Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, münaqişənin ədalətli həlli dövlətimizin siyasətinin əsasını təşkil edir. E.İbrahimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün səviyyələrdə, beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı ölkəmizin prinsipial mövqeyini qətiyyətlə bəyan edir: "Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğalçılıq siyasətinə son qoymalı, onun hərbi birləşmələri torpaqlarımızdan çıxmalı, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağa isə Azərbaycanın tərkibində müəyyən status verilə bilər.
Azərbaycanın bu mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Həm BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, həm də, digər beynəlxalq qurumların sənədlərində ölkəmizin ərazi bütövlüyü dəstəklənir. Qeyd etdiyim kimi, dövlətimiz bu istiqamətdə siyasətini davam etdirir və diplomatik cəbhədə böyük uğurlar qazanır. Nəzərə almaq lazımdır ki, bu məsələ ümummilli məsələdir və bütün vətəndaşlar burada həmrəy olmalıdırlar".
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli bildirib ki, Ermənistan özü demokratik dövlət deyil: "Ermənistanda cinayətkar bir rejim var. Orada daim cinayətkar rejim olub".
Onun sözlərinə görə, təəssüflər olsun ki, cinayətkarlar bu fikirlərindən daşınmırlar: "İşğalçı ölkə hələ də uydurma soyqırımı ideyasından əl çəkmir. Bu gün onlar Xocalı kimi soyqırımı törədiblər. Bununla bağlı bütün faktlar, videolar ortadadır. Hətta bunu Sarkisyan, Balayan, Koçaryan özü etiraf edib. Bu boyda soyqırımı törədənlər indi özləri soyqırıma məruz qalmış kimi göstərirlər və ərazi iddiaları irəli sürürlər. Ermənistan Rusiya dövlətinin forpostu olub. Ermənistan bütün beynəlxalq layihələrdən kənarda qalıb. Bu gün Ermənistanda əhaliyə heç bir haqq verilməyib. Dünya birliyinin yanaşması təəccüb doğurur ki, niyə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Paşinyana heç bir reaksiya vermir? Paşinyan öz oğlunu cəbhəyə yolladı və bu yolverilməz idi. Bu bir daha Ermənistanın işğalçılıq siyasətini göstərir. Paşinyanın ömrü uzun olmayacaq. Bütün dünya görür ki, Ermənistan hələ dövlət qura bilmir".
Millət vəkili Elşən Musayev isə diqqətə çatdırıb ki, parlament Paşinyanın əsas hədəflərindən biridir: "Çünki, həmin parlament 80 faiz etibarilə Sarkisyanın adamlarından ibarətdir. Hakimiyyətə gəlişi fors-major durumda və qəfil baş verdiyi üçün Paşinyan qısa müddətdə bir parlamenti bir də "Qarabağ klanı"nı zərərsizləşdirə bilmədi. Ona görə indi təcili hərəkətə keçib və parlamenti özününküləşdirmək istəyir. Bacaracaqmı? Şəxsən mən inanmıram. Ermənistan növbəti xaosun astanasındadır. Artıq bunun ilkin işartıları açıqca görünür. Paşinyanın arzusu və məqsədi bütün siyasi rəqibləri həbsə ataraq alternativsiz, siyasi rəqibsiz hökmranlıq qurmaqdır. Bunu bəlkə də ilkin mərhələdə edə bilərdi. Üsyan başlayan vaxt. İndi isə artıq gecdir. Çünki çox qısa müddətdə özünün nə qədər istedadsız və perspektivsiz siyasətçi olduğunu sübut elədi. Mən bildiyim qədər hazırda onun xalq arasında reytinqi 23, 5 faizdir. Yəni, 5 ay əvvəl ki müddətlə müqayisədə düz 50 faiz aşağı. Belə bir durumda isə Parlamenti islah etmək real görünmür".
Baş nazirlə Köçəryan, Sarkisyan arasında qarşıdurmadan danışan deputat bildirib ki, söhbət bir tək Köçəryan və Sarkisyandan getmir: "Onlara ünvanlanan həbs şantajı əslində cəmiyyətin nəbzini, impulsunu yoxlamaq cəhdidir ki, görsün xalqın reaksiyası necədir. Sakitlik olsa, təbii, hər ikisini həbs edəcək və vətəndaş qarşıdurması da olmayacaq. Yox əgər görsə ki, vəziyyət hesabladığı kimi getmir, dayanacaq. Paşinyan o cəsarətin sahibi deyil ki, istədiyini edə bilsin. Düzdür, pafos yetərincədir, amma adamın realizə gücü də sıfırın altındadır. Bəli. Vətəndaş müharibəsi Ermənistanda olacaq. Mütləq olacaq. Çox yaxında. Amma həbs minvalı ilə yox, Paşinyanın ardıcıl uğursuzluqlularının nəticəsi olaraq baş verəcək. Dediyim kimi, Ermənistan açıq xaosa gedir. Hər gün bu daha aydın görünür. Çünki, anarxiya, hüquqi nihilizm, kütləvi itaətsizlik ən yüksək həddə çatıb. Təbii, vəziyyətin bu mərhələyə qədər irəliləməsində onun rəqiblərinin də rolu az deyil. Elə ən çox da ona görə Sarkisyana və Köçəryana qıcıqlıdır. İmkanı olsa onları ayaqından asar, amma heç həbs etməyə də cəsarəti çatmır".
O deyib ki, Ermənistanda vətəndaş müharibəsi başlasa Dağlıq Qarabağda qarışıqlıq yaratmaqda ən çox Paşinyan maraqlı olacaq ki, əlində bəhanə olsun və guya milli maraqlar naminə camaatı sakitləşdirsin: "Amma bir məsələ də var: Aprel döyüşlərindən sonra ermənilərin gözü əməllicə qorxub. Anlayırlar ki, Azərbaycanla bu variantlar keçməz, nəticə acı ola bilər. Aprel döyüşlərində ordumuz erməni separatçılarına elə dağ çəkib ki, çox güman hələ 10 illər boyunca həmin döyüşdəki itkilər, aldıqları yaralar yadlarından çıxmayacaq. Ona görə də sərhəddə nəsə təxribat olsa bu Ermənistan üçün ikiqat təhlükə hesab oluna bilər. Paşinyan da bunu anlayır və hətta imitasiya xətrinə də olsa belə risk etməyəcək. Amma bir fikri bölüşüm: Ermənistanda xaos dərinləşsə Paşinyanın gedişi Sarkisyan qədər uzun çəkməyəcək. Uzağı 4-5 saata işi bitirəcəklər. Çünki qeyri-adi qarışıqlıq yaranacaq və bu dəfə hakimiyyət iddiasını artıq bir deyil, bir neçə qüvvə ortalığa qoyacaq. Yəni, başları tam özlərinə qarışacaq. Ona görə də narahat olmağa dəyməz. Azərbaycanın milli ordusu bütün təxribatların qarşısını almağa qadirdir və hər şey nəzarətdədir".
Görünən odur ki, baş verən proseslər fonunda ATƏT-in Minsk qrupu heç bir funksiya daşımır. Prosesləri sadəcə seyr etməklə kifayətlənir.
Millət vəkili Zahid Oruc vurğulayıb ki, ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesi, əslində, Serj Sarkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı: Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil. Əgər Ermənistan Minsk qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçirsə, o müstəvidə də ordumuzun imkanları qat-qat böyükdür". O qeyd edib ki, son aylar proses Azərbaycanın dominantlığı şəraitində keçir, yəni, Nikol Paşinyan onu hesablaya bilir ki, erməni anasının, atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır: "O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi. Axı, indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq? Bu səbəbdən, Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır.
Bu, ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır. Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, əsas ahəngdarlığı, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir.
Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu belədir. Tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir".
Z.Oruc hesab edir ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək.
"O cümlədən erməni xalqı, bəlkə də, bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Seçkilər üçün hansı platforma cazibəli olacaq? 1990-cı ildən bu yana onlar bizimlə düşmənçiliyi siyasi xal qazancına çeviriblər. İndi nəyin üzərində qərar tutacaqlar? Bütün bu məsələləri yaxın zamanlarda görəcəyik.
Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə, "sarkisyanlaşacaq" və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək", - deyə deputat əlavə edib.

Əli