Jurnalistin nitq mədəniyyəti Layihə

Jurnalistin nitq mədəniyyəti

"Dili zənginləşdirməyin ən geniş yayılımş üsulu başqa dillərdən sözalmadır"

II yazı

Həsir Əhmədlinin fikrincə, dili zənginləşdirməyin ən geniş yayılımş üsulu başqa dillərdən sözalmadır: "Bəzən bu prosesə hədsiz pis münasibət duyulur, lakin milli-professional jurnalistikamızın banisi Həsən bəy Zərdabinin yazdığı kimi, "dil elə bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, qaranlıq otağın qapısı açıldı, qeyri- tayfalarla gediş-gəliş artdı, artıq şeylər ələ gəldi və adətlər dəyişildi, təzə sözlərin qədri günü-gündən artacaq. Belə sözlərin artmağının dilə zərəri yoxdur, xeyiri var, çünki o sözlər tərəqqi etməyə səbəb olur".
Rus və ingilis dillərinin təcrübəsi göstərir ki, başqa dillərdən söz almaqla hətta müstəqil milli dil də yaratmaq mümkündür. Rus dilinin alınma sözlərin heç də hamısını əhatə etməyən, daha çox qədim yunan və latın dillərindən əxz olunmuş "Əcnəbi sözlər lüğəti"ndə 20 minə yaxın söz var. Bu gün Azərbaycan türkcəsində işlənən, çoxumuzun rus sözləri kimi tanıdığımız alınmaların da əksəriyyəti rus dili vasitəsilə Qərbi Avropa dillərindən gəlib. Alimlərin hesablamalarına görə, ingilis dilindəki sözlərin yalnız 26 faizi onun daxil olduğu german dil qrupuna aiddir, qalanları isə latın (29%), fransız (29%), yunan (6%), Norveç (4%) və başqa naməlum dillərdən (6%) alınıb". O, hesab edir ki, bu baxımdan Azərbaycan türkcəsi əsasən öz kökü üstə dayanıb inkişaf edən azsaylı dillərdən biridir: "Feillərin, sayların, bizi əhatə edən təbii əşya, hadisə, bədən üzvləri adlarının və s. demək olar, hamısı öz sözlərimizdir. Bununla belə, ərəb, fars, Avropa dillərindən alınmalarımız da az deyil. Dilimizdə sözalma prosesi olub, var və olacaq. Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdi də uğursuzluqla nəticələnir, həmin sözlərə yalnız bir qrup ziyalının nitqində rast gəlirik. Təkcə onlar xolodilnikə soyuducu, smetana xama deyirlər. XX əsrin 70-ci illərində Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında Bakıda Məişət Kondisionerləri Zavodu tikildi. O vaxtlar kondisioner (latınca: normaya salan, müəyyən vəziyyətə gətirən) bizim üçün yeni söz idi. Onu sərinkeş adlandırdıq, lakin bir çox başqa terminlər kimi üç səbəbdən onun da ömrü gödək oldu:
1) Həmin əşyanın özü bizə yad idi (traktor kimi, parovoz kimi); 2) Söz dilimizin qanunları əsasında yaradılmamışdı: - keş leksik şəkilçisi isimə artırılaraq ona çəkən anlamını verir (zəhmətkeş - zəhmət çəkən; xətkeş - xətt çəkən; cəfakeş - cəfa çəkən). Sərin sözü isə sifətdir;
3) Sonralar məlum oldu ki, kondisioner təkcə sərinlik yox, həm də istilik verə bilir".
Həsir Əhmədli əlavə edib ki, başqa dillərdən alınmış zəruri sözləri ilk dəfə qəzet səhifəsinə çıxararkən hökmən onların açımını vermək lazımdır: "Həsən bəy Zərdabi "Əkinçi" qəzetində xeyli alınma söz işlədir və onların hər birinin nə olduğunu oxuculara anladırdı: "Məlumdur ki, indi olan Osmanlı davasında torped (torpedo) çox iş görür. Torped bir su keçirməyən dəmir qutudur ki, onun içini barıt ilə doldurub dəryaya atırlar, onun üstə puçları var ki, gəmi üzən zaman o puçlara dəyəndə torped atılıb gəmini para-para edir".
Eyni, yaxud yaxınrnənalı anlayışları bildirmək üçün müxtəlif əcnəbi dillərdən alınmış sözlər öz aralarında, həm də onların dilimizdəki milli qarşılığı ilə sinonimlər sırası yaradır və adətən, bunların hər biri müəyyən məqamda işlənir. Məsələn, ərəbcədən alinmış aləm və dünya, farscadan alınmış cahan sözləri heç də həmişə bir-birini əvəzləyə bilmir: dünya müharibəsi, cahan müharibəsi deyirik, aləm müharibəsi demirik. Heyvanlar aləmi deyirik, heyvanlar cahanı demirik və s. Eyni qaydada, günah, təqsir, suç sözləri arasında da məna çalarları var, lakin biz, nədənsə, onların fərqinə yarmırıq. Günah din terminidir, yəni insanın yalnız Tanrı yanında günahı ola bilər, bəndələrin bir-birinə münasibətində isə təqsir və suç deyimlərindən istifadə edilməlidir. Kütləvi informasiya vasitələrimizdə isə bir qayda olaraq, günah və günahkar sözləri təqsir, müqəssir; suç, suçlu mənalarında işlədilir.
Bəzən bu cür sinonimlər sırasından bir sözə üstünlük verib leksikamıza daxil etsək də, onun kənarda qoyduğumuz qarşılığı daha çevik olur və kütləvi danışığın, demək olar, şəriksiz predmetinə çevirilir. Misal üçün, ərəbcədən alınmış əməliyyat sözünü ədəbi dilə daxil etsək də, danışıq dilində latıncadan gəlmiş operasiya sözü daha çox işlənir. Hesab edirik ki, onu və bu tipli bir çox sözü ədəbi dilə qəbul etmək lazımdır. Həmin sözdən yaranmış operator, operativ kəlmələrini qəbul edib onların "ana"sını qapı arxasında qoymaq hansı məntiqə söykənir".
O, bildirib ki, başqa dildən söz alarkən üç əsas cəhətə diqqət yetirməliyik:
1) Yuxarıda göstərilən qaynaqlar da nəzərə alınmaqla həmin sözlərin dilimizdə uğurlu qarşılığı olmasın;
2) Alınan söz inkişaflı dillərin çoxunda işlənsin, yəni beynəlmiləl termin statusu qazansın;
3) Diləyatımlı olsun, asan deyilsin: "Anadolu türkcəsindən və başqa türklərin (türkmənlərin, qaqauzların, tatarların, özbəklərin, qazaxların və s.) leksikasından sözlər alınması göstərilən üsullar sırasında, bir növ, orta yer tutur. Belə ki, türk dillərindən sözalma prosesinə həm ümumtürk klassikasından, həm ümumtürk folklorundan, həm dialektlərdən sözalma kimi, həm də indi haqqında danışacağımız qrammatik yolla sözyaratma prosesi kimi baxmaq olar. Məsələn, quzey, güney sayağı bir qrup söz var ki, onlara həm lürk dillərinin bir çoxunda, həm klassik ədəbiyyatımızda, həm folklorumuzda, həm də bəzi dialektlərimizdə rast gəlinir".
Onun fikrincə, dilimizi zənginləşdirməkdə ən səmərəli yol morfoloji üsulla söz yaratmaqdan, yəni leksik (sözdüzəldici) şəkilçiləri fəallaşdırmaqdan - verimsiz (qeyri-məhsuldar) şəkilçiləri verimli (məhsuldar) şəkilçilərə çevirməkdən ibarətdir. Bu yol Dədə Qorqudun, Cəfər Cabbarlının, Rəsul Rzanın və onların davamçılarının yoludur. Cabbarlı Şekspirin "Hamlet" faciəsini dilimizə çevirərkən oradakı məşhur To be or not to be? sualını necə tərcümə etmək barədə uzun müddət düşünmüş və nəhayət, Olum, ya ölüm? variantını tapıb: "Həmin hadisəni nəzərdə tutaraq Rəsul Rza "Mülahizələr" adlı məqaləsində haqlı olaraq soruşurdu: "Olmaq sözü var, ölmək sözü var. Hansı məntiqlə olum sözünü rədd edib ölüm sözünü işlətməliyik?" ("Ədəbiyyat və incəsənət" qəzeti, 1983-cü il, 20 may). Rəsul Rza özü də həmin yolla gedərək, duymaqdan duyum, deməkdən deyim, görməkdən görüm kimi sözlər yaradıb, yaxud nə vaxtsa dilimizdə işlənmiş bu tipli sözləri lüğət tərkibimizin fəal bölümünə qaytarib. Son vaxtlar ədəbi dilimizdə, o sıradan KİV leksikasında bu qəliblə yaradılmış xeyli sözə rast gəlirik: yayım (radioyayım, teleyayım), durum (vəziyyət, situasiya sözlərinin sinonimi), qurum (təşkilat sözünün sinonimi), çatım (ruscası: doctup) və s.
Şəkilçilər vasitəsilə yeni söz düzəldərkən qrammatikamızın qaydalarını, dilimizin sözyaratma təcrübəsini hökmən nəzərə almalıyıq. Dildə analoqu olmayan sözlər yaratmaq olmaz. Yaratsaq da, dil onlari qəbul etməyəcək. Hər qrup sözdüzəldici şəkilçi sözün müəyyən forması ilə birləşir və konkret leksik yük daşıyır. Yuxarıda gördüyümüz kimi, "ım4" şəkilçisi yalnız feil kökünə (ikinci şəxsin təkinin əmr formasına) artırılır. Bu prinsipi pozaraq həmin şəkilçini başqa nitq hissəsi ilə birləşdirmək, bir qayda olaraq, uğursuzluğa gətirir. XX əsrin son onilliyində Azərbaycan qəzetlərində müstəqil sözünün əvəzinə Anadolu türkcəsindən alınmış bağımsız sözünə tez-tez rast gəlinirdi. Sonralar onun işlənmə tezliyi tədricən azalaraq, demək olar, tamamilə sıradan çıxdı. Səbəbi də bu idi ki, həmin sözü yaradarkən türk dilinin sözyaratma qaydalarına məhəl qoyulmayıb, "ım" şəkilçisi feil kökünə deyil, isimə (bağ sözünə) artırılıb. Ona görə də Azərbaycan türkcəsi müstəqil sözünü öz işlək leksikasına qaytardı. Həmin dövrdə bunu anlayan, lakin müstəqil sözünün milliləşdirilməsinə tərəfdar olan bəzi jurnalistlər bağımsız əvəzinə (çoxları onu baxımsızla qarışdırırdılar) bağlamsız sözünü işlədirdilər: Bu, yalnız bir istəkdən - ölkəmizi və onun TV-sini bağlamsız görmək arzusundan irəli gəlir. Təbii ki, bu, daha uğurlu tapıntıdır".
O, əlavə edib ki, yön isminə -üm şəkilçisi artırmaq yolu ilə hələ sovet dövründə yönüm, peşə yönümü deyimləri yaradılıb: "Halbuki burada həmin şəkilçiyə ehtiyac yoxdur. Təkcə ona görə yox ki, -üm isimə artırılıb, həm də ona görə ki, həmin şəkilçi yön sözünün mənasını dəyişdirə bilməyərək əlavə yükə çevirilib. Yönüm əvəzinə, sadəcə olaraq yön (peşə yönüınü əvəzinə peşə yönü) işlətsək, heç nə itirmərik, əksinə, yığcamlıq və dəqiqlik qazanarıq.
Qayda pozuntusu ilə yaradılrmş sözlərdən biri də başqandır. Dilimizdə -qan (-kən) şəkilçisi yalnız bir qrup ikihecalı fel kökünə artırılaraq isim yox, sifət əmələ gətirir: çalış+qan (uşaq), sürüş+kən (yer), unut+qan (adam)...Eyni vəziyyət çimərlik sözündə də müşahidə edilir. Bilindiyi kimi, -lıq4 şəkilçisi isimə, sifətə və saya artırılır, sayca çox olan konkret cansız isimlərlə birləşdikdə onlara çox olan yer anlamını verir: daş+lıq, gil+lik, kol+luq, gül+lük və s. Çimərlik sözündə isə -lik şəkilçisi çimmək feilinin müzare gələcək zamanına (çimər) artırılıb. Çimərlik sözü o vaxt qanuni yolla yaradılmış hesab edilərdi ki, plyajda çimən adamlara çimərlər deyiləydi, yəni əvvəl çimər isimini yaradıb (dönər, təpər, Gülər) ədəbi dilə daxil etmək və yalnız bu proses tam başa çatandan sonra çimərlik sözünü düzəltmək lazım idi. Eyni qaydada təyyarəyə uçar deməmiş təyyarə limanına uçarlıq demək olnıaz. Çimmək feilindən çimilən yer (plyaj) mənasmda isim düzəltmək üçün düşərgə sözünün qəlibindən iştifadə etmək olardı: çimər+gə.
Eyni qaydada başqa sözlər də yaratmaq mümkündür: enər+gə (təyyarənin endiyi zolaq), geyər+gə (idmançıların paltar dəyişdikləri otaq, razdevalka)...
Canlı danışıq dilində və dialektlərimizdə bu qayda ilə yaranmış bir neçə söz var: qaytar+qa (atı döndərmək və əyləmək üçün atlının əldə tutduğu qoşa qayış. Danışıq dilində qantarğa deyilir), ğö-rər+gə (toydan bir müddət sonra qız evinin adamlarının gəlini görmək üçün getdikləri yer - oğlan evi. Danışıqda görəlgə kimi işlənir), tutar+qa (apqument, dəlil) ə s...".

Əli