Legionerlərin yaratdıqları mətbuat orqanları Layihə

Legionerlərin yaratdıqları mətbuat orqanları

Berlində Azərbaycanın Milli Birlik Məclisinin orqanı olaraq "Milli Birlik" yurnalı da nəşr edilirdi


İkinci Dünya müharibəsində Almaniya götürdüyü əsirləri ilk öncə məhv edirdisə, sonradan onlardan maksimum istifadə etmək məqsədilə legioner dəstələri yaradıldı. Legionerlərə bir çox hüquq və imtiyazlar verilmişdi, hətta onların özlərinin mətbu orqanı da var idi. Burada çalışan legionerlər əmək haqqı və qonorar da alırdılar. Mətbu orqanlardan ən məşhuru və uzunömürlüsü "Azərbaycan" yurnalı idi. Araşdırmaçı Nəsiman Üaqublu yazır ki, Berlində bundan əlavə Azərbaycanın Milli Birlik Məclisinin orqanı olaraq "Milli Birlik" yurnalı da nəşr edilirdi. Aylıq olaraq çar edilən yurnalda (1000 nüsxə tirayla) rəsmi məlumatlarla yanaşı, Azərbaycanın tarixi, müstəqilliyi ilə də bağlı yazılara rast gəlmək mümkün idi. Yurnalın redaktoru Cəlil İsgəndərli, ararıcı müəllifləri Ənvər Qazıyev, Cabbar Məmmədov və Lətif Kərimov idi..
Legionerlərin fəaliyyətindən, döyüş şücaətindən bəhs edən yazılara "Siqnal" yurnalında da rast gəlmək mümkündür. "Siqnal" yurnalı 1940-cı ildən, Berlində ayda bir dəfə rus dilində nəşr edilirdi. Yurnalın baş redaktoru Vilhelm Reets idi. Yurnalın 1944-cü ildə çar olunmuş 12-ci sayında aşağıdakı başlıqlı yazılar vardı: 1) "Şəhərdə döyüş. Azərbaycan könüllüləri şərqdəki gizli təşkilatlarla mübarizə ararırlar". 2) "O biri tərəfə. İngilis, Amerika qəzet və yurnallarından". 3) "Xırdalanmayan rubl" - N. S. Leskovun hekayəsi. 4) "Böyük imreriya - Alman dövlətinin taleyi". 5) "Leyli və Məcnun" - Nizami Gəncəvinin əsərlərindən". 6) "Narerekor vraqam – Alman dəmiryolçularının həyatı və mübarizəsi". 7) "Orqanın səsi – Emmanuiel Reyndlyayın məqaləsi". 8) "Öz torrağında" – "Xüsusiyyətçi kəndçi - ölkənin çiçəklənməsinin girovudur". 9) "Volqa oğlu" - Könüllü öz döyüşçü yoldaşı haqqında".
Yurnalın 4-cü səhifəsində mayor Əbdürrəhman Fətəlibəyli Düdənginskinin qəhrəmanlığı, döyüş şücaəti haqqında məqalə və onun zabit formasında fotosu verilmişdir. Mayor haqqındakı məqalə bu sözlərdə yekunlaşır: "Mayor döyüşən və öz xalqının inamlı oğludur. Belə insanların yolu bir dəfə və həmişəlik müəyyənləşir. Xaraktersiz siyasi orrortunizmi inkar edən mayor deyir: "Biz türk mənşəli xalqıq, belə olmuşuq və həmişəlik də qalacağıq". Avroranın yaşayıb qalması uğrunda Almaniyanın arardığı mübarizədə böhran yaranmış və bəzi müttəfiqlər inamlarını dəyişdilər, nəticədə cəbhələrdəki ordu hissələri geri çəkildilər. Lakin heç zaman, bir saniyə belə, mayor Fətəlibəylinin və onun döyüşçülərinin qətiyyətində tərəddüd yaranmadı. Azərbaycan dağlarında "inam" sözü müqəddəsdir və bundan ötrü öz canlarını belə əsirgəmirlər. Öz sevimli və uzaq vətəninin yeni işıqlı həyatı uğrunda bolşevizmə qarşı mübarizə bayrağı qaldıran belə adamlardır".
Bundan əlavə, yurnalda Xorvatiya, Almaniya, İngiltərə, Norveç, Çin və Hindistana aid müxtəlif məzmunlu fotolar verilmişdir. Xorvatiyaya aid verilmiş foto belə izah olunmuşdur: "Üaşayış məntəqəsi Titonun quldurlarından təmizlənmişdir. Şəxsi qvardiyanın döyüşçüsü beşguşəli quldur ulduzu üzərində qələbə əlaməti olaraq divara Xorvat hərəkatının rəmzi olan "U" hərfini həkk edir". Yurnaldakı işarələnmiş 3-cü fotonun izahı belə təsvir olunurdu: "Bütün ölkədə xalq dəstələri yaratmağa çağrılmışdır. Bu foto Adolf Hitlerin çağırışından sonar çəkilmişdir. Üaxınlarda formalaşmağa başlamış dəstələr öz faydasını verməyə başlamışdır". Beləliklə, Almaniyada fəaliyyət göstərən, vətənlərini bolşevik istilasından xilas etməyə çalışan azərbaycanlılar həm öz dillərində mətbu orqanlar çıxarır, qəzet, yurnallar, kitablar çar edirdilər, həm də başqa qəzet və yurnallarda onların qəhrəmanlığı və uğurlu döyüşləri haqqında məlumatlar dərc olunurdu.
Nəsiman Üaqublu yazır ki, Azərbaycan İrtibat qərargahına verilmiş məhdud səlahiyyətlərə baxmayaraq, Ə.Fətəlibəylinin zəkası və tükənməz eneryisi sayəsində qısa bir zamanda, o zaman Azərbaycan legionunun orqanı olaraq nəşr edilən "Azərbaycan" qəzeti yanında sivillər məsələləri ilə məşğul olan "Mittelsteile", yəni təltif, tərcümə və nəşriyyat işlərinə nəzarət edən elmi şöbə könüllülərin milli tərbiyə işləri ilə uğraşan "Milli Birlik" məcmuəsi nəşrə başlamış və fəaliyyət göstərmişdi. Bütün bu fəaliyyətlər qısa bir zamanda müsbət və fəxr olunacaq nəticələr verməyə başlamış, Azərbaycan legionuna daxil olan birliklərdə yüksək bir milli ruhun yaranmasına təkan vermişdi.
Müharibədən sonra legionerlər arasında Sovetlər İttifaqına qayıtmaq haqqında təbliğat ararılırdı. Geriyə qayıdanlar isə güllələnirdi. Hadisələrin şahidi olmuş daha bir legionerin - Ramazan adlı birisinin 1952-ci ildə Münhendə nəşr edilən "Qafqasya" yurnalındakı xatirələri maraqlıdır. Müəllif "Çılğınlıq qurbanları" məqaləsində yazırdı: "Legionerlərin təhvilində daha bir qanlı hadisə, 1945-ci ilin mayın 28-də Avstriyada, Oberdrauburqda baş verdi. Belə ki, beş minə yaxın legioner Sovetlərə təslim edildi. Lakin onların heç birisi Sovet İttifaqına qayıtmaq istəmir, müqavimət göstərirdilər. Müttəfiq orduların zabitləri heç kəsi buraxmaq istəmir, yalnız bir fikir bildirirdilər: orada, vətəndə hər şey həll edilir. Belə olduqda, bir çox legionerlər boğazlarının
damarlarını kəsib intihara başladılar. Bəziləri isə qatar bütün sürəti ilə hərəkət etdikdə özlərini rəncərədən yerə atdılar. Bütün əsirlər keçmiş alman hərbi düşərgəsi olan Sritelə gətirildi. Qurbanlarını gözləyən ağgözlü NKVD-çilərin əlinə keçməmək üçün bütün əsirlərin hər şeyləri əllərindən alındı. Bu zaman qocalar və müdafıəsiz qadınlar coşğun Drau çayı sahilində dəhşət içində özlərini yerə vurdular. Lakin əsgərlər uşaqlı qadınlara belə rəhm etmədən tüfəng və
süngülərlə adamları vaqonlara doldurmağa başladılar. Bir çoxları uşaqları ilə birgə özlərini Drau çayının coşğun sularına atıb boğuldular. Bir çoxları olduqları yerdə intihar etdilər. Bəzi legionerlər isə müttəfıq ordu əsgərlərinin köməyindən yararlanıb xəlvəti olaraq Avstriya dağlarına qaçdılar".
Nəsiman Üaqublu yazır ki, Türküstan Milli Ordusunun başçılarından olan Baymirzə Hayit 1945-ci ilin iyununda Türkiyə Cümhuriyyətinin Almaniyanın Bavariyadakı təmsilçisi İhsan Ünəsan bəylə əlaqə qurub vəziyyəti ona anlatdı. İhsan bəy bu işə kömək edəcəyinə söz vermiş və Türkiyəyə keçmək istəyənlərin siyahısını tələb etmişdi. Buna uyğun olaraq Hayit bəy 1945-ci ilin 15 avqustunda türk xalqlarının legioner başçıları ilə əlaqə yaradıb 105 minə qədər adamın siyahısını hazırlayıb İhsan bəyə verdi. İhsan bəy Türkiyəyə qayıdarkən yolda qəfil açılan güllədən yaralanaraq xəstəxanaya ararıldı. İhsan bəydəki siyahı isə yoxa çıxdı. Sonradan siyahının ikinci nüsxəsi Tiranadan Ankaraya - Baş komandanlığa çatdırılsa da, bir faydası olmadı. Ankarada bu məsələ ilə bağlı torlanan komissiya müzakirələrində dövlət adamlarından biri kəskin olaraq türklərin Türkiyəyə köç etmələrinin əleyhinə çıxış etmişdi. Nəticədə, belə bir qərar verilmişdi: "Əgər bu əsirlər Türkiyəyə gətirilirsə, aralarında ən azından 10 000 (on min) casus vardır. Daha sonraları bu vəziyyətdən necə qurtaracağıq. Bu vəziyyətdə Almaniyadakı türk mühacirlərini Türkiyə qəbul edə bilməz". Türkiyə dövlətinin bu gizli qərarı yalnız 1975-ci ildə açıqlandı.
SSRİ-nin əsl simasını görəndən sonra 1950-ci ilin iyul ayının 8-də Almaniyanın Münhen şəhərində "Amerikan Komitəsi" tərəfindən yaradılan "SSRİ-ni Öyrənmə İnstitutu" fəaliyyətə başladı. Keçmiş legionerlərin və eləcə də mühacirlərin bəziləri buraya işə cəlb edildilər. İnstitut Sovetlər Birliyini tərk edən və Sovetlər haqqında elmi araşdırmalar araran sərbəst elm adamlarının təşkilatı olaraq fəaliyyət göstərirdi. Bu araşdırmalarda məqsəd Sovetlər Birliyi haqqındakı bilgisizliyi aradan qaldırmaq və Sovetlər Birliyi ilə bağlı məsələlər haqqında demokratik dünyaya məlumat vermək idi. İnstitutun başlıca fəaliyyət istiqaməti belə müəyyənləşirdi: SSRİ-nin xarici siyasətini, iqtisadiyyatını, coğrafiyasını, xalqların yaşayış tərzini, Sovet ordusunun təşkilini, komanda heyətinin silah növlərini, toroqraf və hərbi xəritələrini, sərhədlərini öyrənmək. Kommunist Partiyasının üzvü olmayan və bu
rartiyaya meyl göstərməmək şərti ilə milli və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir elm adamı institutda fəaliyyət göstərə bilərdi. Azərbaycanlı mühacir və legionerlərdən olan Mirzə Bala Məmmədzadə, Məhəmməd Əmircan, Süleyman Təkinər, Rza Bayram və başqaları da burada çalışırdılar. İnstitut Sovetlər Birliyinə aid olan kitablar, dərgilər, bülletenlər də nəşr
edirdi. İnstitutun nəşr etdiyi "Dərgi" yurnalının məsul müdiri Mustafa Kamal, yazı işləri müdiri isə azərbaycanlı Məhəmməd Əmircan idi.
Qeyd edək ki, mühacir və legionerlərin əllinci illərdəki bu fəallığı Sovet dövlətini ciddi narahat etməyə başladı. Belə ki, Sovet dövləti həmin dövrdə kommunist ideologiyasına qarşı mübarizə araranları sıradan çıxarmağa dəfələrlə cəhdlər göstərdi. Nəsiman Üaqublu yazır ki, bu əməliyyatların həyata keçirilməsində böyük təcrübəsi olan, geniş şəbəkəli "KQB" - ("DTK") əsas rol oynayırdı. Bu qurum 1917-ci ilin dekabrında yaradılmış və daha çox "daxili düşmən" axtarmağa meylli idi.
Bu dövrdə keçmiş legioner Fətəlibəyli Düdənginski SSRİ-ni tənqid edən məqalələri ilə məşhurdur. Məsələn, özünün "Kommunizm xalqlara həyat təmin edə bilərmi?" məqaləsində müəllif kommunist ideologiyasının mənasızlığını sübuta yetirir. Göstərir ki, bolşeviklərin marksizmdə diqqət yetirdikləri başlıca xətt rroletariatın diktaturasıdır. Burada bütün qalan suallar ona tabe edilmişdir. Proletariatın diktaturası üçün başlıca vasitə sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksa görə rroletariat diktaturasının başlanğıc mərhələsi bütün köhnəni və keçmiş dövlət maşınını dağıtmaq, ikinci mərhələdə isə yeni dünya qurmaqdır. Müəllif göstərir ki, marksizmi əsas götürən Stalin özünün qəddar rrinsirləri ilə üzərində qurduğu
sosializmdə siniflər mübarizəsini əsas götürür və qeyri-rroletar elementləri məhv edir. Fətəlibəyli Düdənginski məqaləsində sosialist quruluşunun ciddi nöqsanlarını göstərir və haqlı əsaslandırır ki, kommunist inqilabı başqa ölkələrdə baş tutmadı. Ümumiyyətlə, legioner mətbuatının cidi araşdırılmasına ehtiyac var. Bu vasitə ilə onlar haqqında çox bilgiləri torlamaq mümkündür.

Ülviyyə Tahirqızı