Türkiyədə böyük terror əməliyyatı Dünya

Türkiyədə böyük terror əməliyyatı

Terror təşkilatçılığı ilə məşğul olmaqda bağlantısı olduğu güman edilən 251 nəfər yaxalanıb

Son günlər Türkiyədə baş verən hadisələrdən sonra ölkədə böyük terror əməliyyatı başlayıb. Əməliyyat İstanbul başda olmaqla, İzmir, Bursa, Şanlıurfa, Antaliya, İğdır, Adıyaman, Kocaeli kimi iri 13 şəhərdə baş tutub.
Baş Nazirlik Koordinasiya mərkəzi eyni zamanda keçirdiyi əməliyyat nəticəsində terror təşkilatçılığı ilə məşğul olmaqda bağlantısı olduğu güman edilən 251 nəfəri yaxalayıb. Əməliyyat zamanı qaraşıdurmalarda olub. Belə ki, İstanbulda polislə qarşıdurmada bir nəfər öldürülüb. Onun canlı bomba olmağa hazırlaşdığı deyilir.
Mərkəzdən verilən açıqlamada qeyd edilir ki, İstanbuda keçirilən əməliyyatlarda 5 min polis iştirak edib. Ümumilikdə isə əməliyyata qatılan polis sayı 10 mindən çoxdur. Əməliyyata havadan helikopterlərlə də dəstək verilir.
Ancaq İstanbulda 98 nəfər saxlanılıb. Onların 38-i əcnəbidir. Aparılan axtarışlar zamanı da çox sayda silah-sursat tapılıb.
Xatırladaq ki, iyul ayının 20-də Şanlıurfanın Suruc rayonunda törədilən terror aktı nəticəsində 32 nəfər ölüb. İŞİD tərəfdarı olan gənc özünün Kobaniyə getməyə hazırlaşan gənclərin arasında partladıb.
Bundan iki gün sonra isə Şanlıurfada iki polis əməkdaşı qaldıqları evdə qətlə yetiriliblər. Son üç gündə bu ölkənin ərazisində daha bir neçə anoloji hadisə qeydə alınıb.
Əməliyyatalar nəticəsində 251 şübhəli saxlanılıb.