Tramp İranın yenidən bombardman edilə biləcəyini istisna etməyib Gündəm

Tramp İranın yenidən bombardman edilə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı yeni bombardmanların həyata keçirilməsini istisna etməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, “Time” nəşrinə açıqlamasında deyib.

"Mümkündür", - Tramp nəşrin müxbirinin aralıq seçkilərdən sonra mümkün bombardmanlarla bağlı sualına cavab verib. Prezident əlavə edib ki, ABŞ-nin böyük silah ehtiyatı var və onlar bunu müttəfiqləri ilə bölüşməyə hazırdırlar.

Məryəm Quliyeva