Deputat Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşları qəbul edib Hadisə

Deputat Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında vətəndaşları qəbul edib.

Görüş zamanı vətəndaşların müxtəlif sosial və yerli məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə işsizlik, sosial vəziyyət, küçələrin işıqlandırılması, kanalizasiya sistemləri və digər məsələlər yer alıb.
Deputat səsləndirilən məsələlərin aidiyyəti üzrə müvafiq dövlət qurumlarına çatdırılacağını və həlli istiqamətində tədbirlərin görülməsi üçün nəzarətdə saxlanılacağını bildirib.

Cavid