Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik müzakirə edildi Siyasət

Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik müzakirə edildi

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Türkiyə Respublikası Prezidentinin baş müşaviri, səfir Çağrı Erhanla görüşüb.

Bu barədə səfirliyin "X" platformasında məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.