Rumıniya və Polşa müdafiə sahəsində əməkdaşlığı gücləndirir Gündəm

Rumıniya və Polşa müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Rumıniya və Polşanın Müdafiə nazirlikləri (SAFE) maliyyə mexanizmi çərçivəsində əməkdaşlığa dair niyyət məktubu imzalayıblar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Söhbət ikitərəfli formatda, eləcə də NATO və Avropa İttifaqı çərçivəsində hər iki ölkənin müdafiə sənayesini dəstəkləmək üçün əməkdaşlığın möhkəmləndirilməsindən gedir.

Polşa və Rumıniya, həmçinin Rumıniya Milli Müdafiə Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən və SAFE aləti vasitəsilə maliyyələşdirilən layihələrdən biri olan zərbə PUA (dron) sursatlarının əldə edilməsi sahəsində sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Xatırladaq ki, oktyabrın 1-dən Polşa hava hücumundan müdafiə sistemlərinin hava hədəflərinə reaksiyası qaydalarını dəyişir. Bu, ilk növbədə xarici hava hədəflərinin müəyyən edilməsi qaydalarına edilən dəyişikliklərlə bağlıdır.

Məryəm Quliyeva