“Azneft” küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib Hadisə

“Azneft” küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib

Gözlənilən qeyri-sabit və küləkli hava şəraiti ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Azneft”dən verilən məlumata görə, təhlükəli işlərin icrası məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. Bütün tədbirlər əvvəlcədən müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun həyata keçirilir.

Bütün sahələrdə müvafiq maarifləndirmə aparılır və mövcud vəziyyət nəzarətdə saxlanılır.