18:03
392
Almaniya Bundesliqası təmsilçisi “Bavariya”in qapıçısı Manuel Noyer üçün Münhen klubunda son mövsüm ola bilər.
“TEAMtalk” xəbər verir ki, 40 yaşlı alman qolkiper mövsüm ərzində Jonas Urbiqlə növbəli şəkildə “Bavariya”nın qapısını qoruyacaq.
Almaniya klubu Urbiqlə rəqabət apara biləcək yeni qapıçı transfer etmək istəyir. Namizədlər arasında İngiltərənin “Everton” klubunun qolkiperi Cordan Pikford da yer alıb.
Lakin, “Bavariya" 32 yaşlı ingiltərəlinin transferindən imtina edib və onunla maraqlanmır.
Pikford uzun illərdir Almaniya klubunun qapıçı mövqeyi üçün namizədlər siyahısında olub. Buna baxmayaraq, “Bavariya” rəhbərliyi digər variantlara üstünlük verib.
Qeyd edək ki, Cordan Pikfordun Liverpul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyununa qədərdir.